SOCAR-ın daha bir vitse-prezidentinə "əlvida" deyildi - Sərəncam (FOTO)

img

01-08-2023 [13:31]


Prezident İlham Əliyev bu gün daha bir sərəncam imzalayıb.

Mia.az xəbər verir ki, sərəncama əsasən, Rəfiqə Abdul Ağa qızı Hüseyn-zadə Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin vitse-prezidenti vəzifəsindən azad edilib.

Xatırıadaq ki, iyulun 28-də Prezident İlham Əliyev SOCAR-ın daha 5 vitse-prezidentini vəzifələrindən azad edib. Belə ki, müvafiq sərəncamlarla Bədəl Şamil oğlu Bədəlov,  Yaşar Aydın oğlu Lətifov, Süleyman Mehrəli oğlu Qasımov, Xalik Rəfi oğlu Məmmədov və Daşqın Ələm oğlu İskəndərov yola salınıblar.

Ötən gün onlardan Bədəl Bədəlov istisna olmaqla, qalanları Rövşən Nəcəfin müşavirləri təyin olunublar.

Bununla belə, SOCAR-da Arzu Sahib qızı Cavadova,  İsmayıl Fikrət oğlu Zərgərli, Ziba Tacəddin qızı Mustafayeva, Babək Elbəniz oğlu Hüseynov, Əfqan Elçin oğlu İsayev, Anar Fərruh oğlu Məmmədov və Fuad Bəkir oğlu Musayev SOCAR-ın vitse-prezidentləri təyin ediliblər

Samir Musayev

Mia.az

img

Digər xəbərlər
SON XƏBƏRLƏR
12:52 25.11.2024

Sabah yağış yağacaq