İngilislər Snayderə 13 milyon təklif etdi – Transfer

img

25-05-2014 [01:59]



Mançester Yunayted"in yeni baş məşqçisi Lui van Qal «Qalatasaray»da çıxış edən həmyerlisi Snayder üçün türk klubunun qapısını döydürdü.

Mia.az Türkiyə mətbuatına istinadən xəbər verir ki, ingilis klubu Snayder üçün 13 milyon avro təkliflə çıxış edib: «Artıq rəsmi təklif gəldi. Lakin «Qalatasaray» rəhbərliyi «təklif yetərsizdir» deyərək, hələlik razılıq verməyib».

Türkiyə mətbuatı xəbər verir ki, «Qalatasaray» rəhbərliyi yayda keçiriləcək Dünya Çempionatını gözləyir: «Snayder Hollandiya milli komandasının tərkibində çempionatda bir daha parlaya bilər. Bu isə qiymət artımını özündə etiva edər. Eyni zamanda, klub rəhbərliyi Dünya Çempionatının gedişində yen oyunçuları izləmək almaq niyyətindədir. Yəni alınacaq gedəcək oyunçular Brazilyada keçirilən dünya kubokundan sonra  veriləcək».


Digər xəbərlər
SON XƏBƏRLƏR
12:23 08.03.2026

Sabah yağış yağacaq

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA