İranda elektron ticarət şirkətinin ofisləri qapadıldı, barələrində cinayət işi açıdı - Hicabsız qadınlara görə

img

25-07-2023 [10:28]


İranın ən böyük elektron ticarət şirkətlərindən biri olan “Digikala”da qadın işçilərin hicabsız çəkilmiş fotolarının yayılması şirkətə qarşı sərt tədbirlərə rəvac verib.

Mia.az xarici mətbuata istinadla xəbər verir ki, İran hökuməti bu görüntülərdən sonra elektron ticarət şirkətinə cinayət işi açıb, ofislərini möhürləyib. 

Hüquq-mühafizə orqanları "İranın Amazonu" kimi tanınan "Digikala"nı qadın işçilərin hicabsız fotolarını yaymaqda ittiham edir.

Məlumata görə, 40 milyondan çox aktiv aylıq istifadəçisi və 300.000-dən çox satıcıya sahb olan "Digikala"nın ofisi möhürlənsə də, vebsaytı hələlik  normal işləyir.

Xatırladaq ki, ötən ilin payızında 22 yaşlı Mahsa Aminin hicaba görə əxlaq polisi tərəfindən öldürülməsindən sonra ölkədə etirazlar başlayıb. 

Samir Musayev

MİA.AZ


Digər xəbərlər
SON XƏBƏRLƏR
12:52 25.11.2024

Sabah yağış yağacaq