Hava Limanında 1240 bal arısı müsadirə olunub - FOTO

img

20-07-2023 [08:58]


İstanbulda Sabiha Gökçen Hava Limanında şəffaf qutularda 1240 diri müsadirə olunub.

Mia.az Türkiyə mətbuatına istinadla xəbər verir ki, hava limanında bir sərnişinin pasport yoxlaması zamanı özünü şübhəli aparmasından sonra onun çantasına baxış keçirilib.

Nəticədə adı açqılanmayan əıcnbi sərnişinin çantasından 205 şəffaf qutularda 1240 diri arı götürülüb. 

Məlumata görə, Karniyol sortuna aid olunduğu deyilən arıların digərlərindən fərqi odur ki, bu arılar yaz dövründə daha qısa müddətdə çoxaldıqları üçün bal və polen məhsuldarlığı daha yüksək olur: "Bundan başqa, bu arılar istənilən bölgəyə daha tez adaptasiya olunurlar".

Məlumata görə, müsadirə olunan arılar Kənd Təsərrüfatı və Meşə Müdirliyinin Pendik rayon şöbəsinə təhvil verilib. 

Faktla bağlı araşdırma davam edir.

Zülfiyyə

MİA.AZ

img img

Digər xəbərlər
SON XƏBƏRLƏR
12:52 25.11.2024

Sabah yağış yağacaq