Nazir, nazir müavinləri, idarə rəisləri... - Prezident onları təltif etdi (SİYAHI)

img

08-07-2023 [14:58]


Prezident İlham Əliyev Azərbaycan Respublikasının diplomatik xidmət orqanları əməkdaşlarına diplomatik rütbələrin verilməsi haqqında Sərəncam imzalayıb.

Mia.az xəbər verir ki, sərəncama əsasən, Azərbaycan Respublikasının diplomatik xidmət orqanlarının aşağıdakı əməkdaşlarına diplomatik rütbələr verilib:

fövqəladə və səlahiyyətli səfir

Bayramov Ceyhun Əziz oğlu (XİN başçısı)

Məmmədov Elnur İsrafil oğlu (Nazir müavni)

Rzayev Fariz Fikrət oğlu (Nazir müavini)

birinci dərəcəli fövqəladə və səlahiyyətli elçi

Musayev Tofiq Fuad oğlu (Azərbaycanın BMT-dəki Daimi Nümayəndəliyində müavin)

ikinci dərəcəli fövqəladə və səlahiyyətli elçi

Səfərov Emil Firdovsi oğlu (İdarə rəisi)

Şərifov Samir Ənvər oğlu (İdarə rəisi)

Yeri gəlmişkən, təltif olunan ofiq Musayev  Bakı şəhərinin keçmiş meri, AFFA-nin ilk prezidenti mərhum Fuad Musayevin oğludur. Tofiq Musayevin həyat yoldaşı isə məşhur şahmatçı Firuzə Vəlixanlıdır. 

Samir

MİA.AZ


Digər xəbərlər
SON XƏBƏRLƏR