Rusiyadan Azərbaycana gətirilən günəbaxan tumu yararsız çıxdı

img

07-07-2023 [10:09]


Rusiyadan Azərbaycana gətirilən günəbaxan tumunun yararsız olduğu aşkarlanıb.

Mia.az Qida Təhlükəsizliyi Agentliyinə istinadla xəbər verir ki, idxalatçı şirkət “Seyfi 22” MMC-nin Rusiyadan idxal etdiyi “Darkuş Aqro” MMC-nin istehsalı olan 20 ton günəbaxan tumu məhsulunda Agentlik əməkdaşları tərəfindən götürülmüş nümunələrin müayinələri nəticəsində Aflatoksin B1 aşkar edilib.

Faktla bağlı qanunvericiliyə uyğun olaraq müvafiq tədbir görülüb.

"Həmçinin istehsalçının respublikamıza həmin məhsulunun idxalına müvəqqəti qadağa qoyulub və ixracatçı ölkənin aidiyyəti qurumuna müvafiq bildiriş göndərilib", - məlumatda qeyd edilib.


Digər xəbərlər
SON XƏBƏRLƏR
12:52 25.11.2024

Sabah yağış yağacaq