Azərbaycan universitetlərinin dünya reytinqi - Bu ali təhsil ocağı birinci yerə çıxdı
05-07-2023 [23:18]
Sabiq maliyyə naziri, professor Saleh Məmmədov universitetlərlə bağlı düşündürücü bir məqalə hazırlayıb və Musavat.com-a göndərib.
Həmin yazını təqdim edirik:
Bu il “QS” dünya universitetlərinin "Reytinq 2024" cədvəlini dərc edib. “QS” dünya universitetlərinin reytinqi üzrə mühüm qurumlardan biridir. Bununla bərabər, bir neçə başqa reytinq qurumları da var. Bunlara “QS”, “THE” (Times higher education), “ARWU” (Academic Ranking of World Universities- SJTU-Şanxay universitetinin reytinqi) və “Ranking Web of World Universities” (Webometric-bu günlərdə o da reytinq siyahısını elan etməyi planlaşdırır) aiddir. Bundan başqa, bir sıra regional və sahəvi reytinq təşkilatları da var. Məsələn, BƏƏ-də fəaliyyət göstərən “CWUR” (The Center for World University Rankings), “ARTU” (The Aggregate Ranking of Top Universities), “CWTS” Leiden Ranking, Performance Ranking of Scientific Papers for World Universities, Reuters World's Top 100 Innovative Universities və s.
Bu təşkilatlardan ən vaciblərindən biri “QS”dir. “QS” reytinq təşkilatı dünya miqyasında fəaliyyət göstərən 32 min universitetdən cəmi 1500 qabaqcıl universitet seçir və onların reytinqini çıxarır. Azərbaycandan hər zaman BDU, keçmiş Qafqaz, Xəzər, bəzən ADA universitetləri bu siyahıya düşürdü. Lakin bu il də dinamik inkişafı ilə respublikanın bütün təhsil müəssisələrini geridə qoyan Azərbaycan Dövlət İqtisad Universiteti- UNEC bu il "QS" reytinq cədvəlində dünya üzrə 1001-1200 yerləri bölüşdürərək ölkə üzrə birinci yerə çıxıb. İkinci yeri BDU, üçüncü yeri dünya üzrə 1201-1400-cü yerləri bölüşən ADSU tutub. Digər Azərbaycan universitetləri 1500 -lik reytinq cədvəlinə düşə bilməyiblər.
Cədvəl 1. "QS" reytinq cədvəli (Azərbaycan Universitetləri üzrə)
Eyni zamanda UNEC bu il Cənubi Qafqaz universitetləri üzrə beş pillə irəliləyərək ikinci yerə çıxıb, Ermənistan universitetlərini ilk dəfə olaraq geridə buraxıb. Əvvəllər bütün reytinqlərdə Azərbaycan universitetləri Ermənistan və Gürcüstan universitetlərindən geridə qalırdı. Cənubi Qafqaz univerisitetlərindən UNEC-i qabaqlayan yalnız Tbilisi dövlət universiteti olub.
Daha bir uğur, sahələr üzrə (iqtisadiyyat və ekonometrika) UNEC 1500 universitet üzrə 500-530-cu yerə çıxmış, region universitetlərinin hamısını qabaqlayıb.
Ümumiyyətlə, hər hansı bir dövlətin ümumi inkişaf səviyyəsi müəyyənləşdirilərkən birinci növbədə onun universitetinin vəziyyətinə baxış keçirilir. Səviyyəli universitetə sahib ölkə mütləq səviyyəli iqtisadi və sosial inkişafa malik olacaq. Bu, isbata ehtiyacı olmayan bir beynəlxalq qanunauyğunluqdur. Dünyanın top yüz universiteti siyahısında yalnız inkişaf etmiş ölkələr və dinamik inkişaf yolunu tutmuş ölkələr var. Başqa cür mümkün deyil. Həm "QS", həm də digər reytinq təşkilatları qiymətləndirməsində top yüzlükdə bir dənə də müsəlman universiteti yer almayıb. İlk müsəlman universitetinin reytinqi 250-300 yerlərdən başlayır. Müsəlman universitetləri siyahısına hər zaman Türkiyə liderlik edirdi. Son dövrlərdə İran, Səudiyyə Ərəbistanı, BƏƏ universitetləri xeyli irəli çıxmış, Türkiyə isə xeyli geriləyib.
Azərbaycan prezidenti Azərbaycan Respublikasını qısa zaman içərisində inkişaf etmiş ölkələr sırasına qaldırmağı ali məqsəd kimi qarşıya qoyub. Bu planın yerinə yetirilməsi dünyada ilk dəfə olaraq bir müsəlman ölkəsinin inkişaf etmiş ölkələr səviyyəsinə qalxması deməkdir. Amma hər kəs əmin olmalıdır, bu ali proqramın yerinə yetirilməsi heç olmasa bir universitetin top yüzə çatması ilə reallaşa bilər. Alternativ yol yoxdur.
Təəssüflər olsun ki, müstəqillik qazandıqdan sonra ölkənin taleyini həll edən sahələrdə (bura təhsil, elm və səhiyyə daxildir) geriləmə və özü də ciddi geriləmə müşahidə olunur. Sovet vaxtı, hətta son dövrlərə qədər "QS" reytinqinə görə Azərbaycanda birinci yeri tutan universitet dünya miqyasında ilk 300, 400, 600-lüyə düşürdü. İndi birinci universitetimiz - UNEC "QS" üzrə 1001-1200 (1500 universitet içərisində), "Webometric" reytinqinə görə 3000-3500 yerləri (32000 universitet içərisində) tutur. UNEC üzrə bir əsas xüsusiyyəti dəyərləndirmək lazımdır ki, bu universitet son illərdə ciddi dinamika ilə inkişaf edir və tərəqqidədir, çox sürətlə irəliləyir. "Webometric" reytinqinə görə bu universitet son bir neçə ildə 15 minə yaxın universiteti ötüb keçmişdir. Ölkə üzrə də ən son pillələrdə yer alan bu universitet son bir neçə il ərzində birinci yerə qalxmışdır. Digər əksəriyyət universitetlərdə və ümumiyyətlə Azərbaycan universitetlərinin məcmu inkişaf indeksində ciddi geriləmə meylləri müşahidə olunur.
Birmənalı olaraq bütün azərbaycanlılar bir əsas məntiqi anlamamış deyillər: belə davam edə bilməz, əgər davam edəcəksə bütün gələcək inkişaf perspektivləri, hətta bu xalqın müstəqilliyi böyük təhlükə altındadır. Kəskin beynəlxalq rəqabət şəraitində bu xalqı nə neft, nə qaz, nə bol torpaqlar, sərvət, resurslar, ən böyük valyuta ehtiyatları (hətta trilyon dollar yüksəlsə belə) ayaqda saxlaya bilməyəcək. Yeganə yol təhsil, elm, texnologiyadır, ölkənin bütün sərvətləri bu istiqamətə yönəldilməlidir. Bu gün 65 milyard dollar valyuta ehtiyatları toplanılmışdır, təbii ki, çox böyük məbləğdir, bu göstəricinin nisbi səviyyəsinə görə dünyanın ən inkişaf etmiş ölkələri - İsveçrə, Norveç, Sinqapur səviyyəsindəyik. Amma bu vəsaitlər demək olar ki, 99%-i xarici banklarda saxlanılır və həmin ölkələrin xeyrinə işləyir, həm də bu günkü beynəlxalq şərtlərə görə olduqca böyük risk zonasında yerləşir.
Ölkəni inkişafa götürən universitetlərin səviyyəsinə görə isə Afrika ölkələri səviyyəsindəyik. Bu ölkəyə 65 milyard deyil, hətta trilyon dollarlıq ehtiyat valyuta toplamaqdan beş nəfər Bill Qeyts, Mark Zukerberq, Stiv Cobs və s. kimi dahilər yetişdirmək daha sərfəlidir, həm də min dəfələrlə artıq sərfəlidir. Belə mütəxəssislər hərəsi trilyonlar qazandıracaq bu ölkəyə. Bu xalqın içərisində belə şəxslərin sayı yüzlərlə, minlərlədir, təəssüf mühit yoxdur. Başqa mühitə düşən kimi belə qabiliyyət sahibləri xariqələr yaradır, amma, mühitimizdə ən böyük dahi də bloklana bilir.
Bütün bu problemlərin mərkəzi xətti universitetlərdən keçir. Demək olar ki, hər ildə universitetlər, elm və təhsilin islahatları zəruriyyəti və yolları haqqında büdcə müzakirələri ərəfəsi yazıram. Bu problemli sual da deyil. Bu yolu keçən və böyük uğur qazanan çoxsaylı xalqlar və dövlətlər var, sadəcə bu təcrübələri ölkənin vəziyyətinə uyğunlaşdırıb tətbiq etmək lazımdır.
Mən UNEC üçün müvafiq sualla hazırda ən yüksək qiymətləndirilən süni intellekt proqramı "Chat GPT" proqramına müraciət etdim. Aldığım cavabı olduğu kimi bura past etdim:
“ADİU-nun reytinqini yaxşılaşdırmaq üçün müxtəlif addımlar atıla bilər. Bu addımlardan bəziləri aşağıdakılardır:
Bütün bu addımlar universitetin reytinq göstəricilərindəki performansını yaxşılaşdırmağa kömək edə bilər. Lakin bütün bu addımları eyni vaxtda həyata keçirmək asan deyil. Universitet öz resurslarına, prioritetlərinə və mövcud imkanlarına əsaslanaraq real və strateji plan hazırlamalıdır”.
Bundan sonra uzun müzakirələrimiz oldu, sadəcə bu proqram Azərbaycanda baş verən hadisələrdən xəbərsizdir, təəssüflər olsun ki, bu problemlər də beynəlxalq səviyyəyə çatdırılmır, daxildə də, problemi qaldırmağa da hər kəs risk eləmir. Məsələn, bu süni intellekt proqramı heç cür qavraya bilmir ki, müasir elmi-texnoloji sıçrayış şəraitində elm xərclərini necə azaltmaq olar, ali təhsilə öz ümidinə necə buraxmaq olar? 2023-cü ildə büdcədən universitetlərin maliyyələşdirilməsinə cəmi 41 milyon dollar pul ayrılmışdır. Bu eyni tələbə sayına sahib olan Harvard universitetində cəmi iki qrupun (25 nəfərdən 50 tələbənin təhsil məsrəfləri) illik smetası qədərdir. Bir kiçicik İsrail dövləti
Yenidən Süni intellekt proqramına müraciət etdim, ayrı ayrılıqda iki sual qoydum;
Bəzi alimlər həmçinin müsəlman ölkələrinin elm və texnologiyadan geri qalmasının səbəbinin din ola biləcəyinə inanırlar. Məsələn, israilli alim Daniel Steisslinger hesab edir ki, İslam əsas maneə törədən səbəbdir.”
Bəzi ekspertlər həmçinin qeyd edirlər ki, dini inanclar və mədəni ənənələr müsəlman ölkələrində təhsilə təsir edə bilər. Məsələn, bəzi ölkələrdə qızların təhsil alması qadağandır.
Buna baxmayaraq, bəzi müsəlman ölkələri təhsil sahəsində ciddi irəliləyişlər əldə edirlər. Məsələn, Birləşmiş Ərəb Əmirlikləri və Qətər təhsilin keyfiyyəti reytinqində yüksək yer tutur.”
Təhlillər və həmçinin, "Chat GPT"nin dəqiq cavabları göstərir ki, təhsil və elmin bu dərəcədə geriliyi spesifik dini amillərlə əlaqədardır. Yoxsa, ola bilməz ki, 57 ölkənin, yüzlərlə millətlərin nümayəndələri eyni dərəcədə zəif olsun. Müsəlman ölkələrinin, xüsusilə Azərbaycan əhalisinin nə maliyyə, nə mentalitet, nə də qabiliyyət problemi yoxdur. Böyük maliyyə imkanları daxilində, cəmiyyətin taleyini həll edəcək elm və texnologiyalar, təhsilə qəpik-quruş ayrılması heç bir məntiqə sığmır. Mənim fikrimə görə sistem kökündən dəyişməli və dünyanın ən qabaqcıl ölkələri səviyyəsində problem həll olunmalıdır. İnkişaf etmiş dünya ölkələri universitetlərində çox yaxşı təcrübə mövcuddur. Yalnız bu təcrübəni ölkəmizə uygunlaşdırmaliyıq. Yəni:
Təbii ki, belə irimiqyaslı islahatların bütün detallarını bir yazıda açmaq mümkün deyil. Amma bu əsas istiqamətlər prezidentin ölkəni inkişaf etmiş ölkələr sırasına gətirilməsinin ən mühüm şərti olaraq qəbul edilə bilər. Heç olmasa bir universiteti top yüz siyahısına düşməyən ölkə heç vaxt inkişaf etmiş ölkə statusu ala bilməz.
Sabiq maliyyə naziri, professor Saleh Məmmədov
Bu gün Zəfər Günüdür
Avropa Liqası: "Qalatasaray" liderliyə yüksəldi (Yenilənib)
Avropa Liqası: "Qarabağ" ilk 3 xalını qazandı (Yenilənib)
İsrail ordusu Qəzzada məktəbi vurdu: 16 nəfər həlak olub
FED faiz qərarını açıqladı - 25 bənd azaldıldı
Putin Trampı təbrik etdi: "Görüşməyə hazıram!"
Prezident İlham Əliyev Zəfər Günü ilə bağlı paylaşım edib - FOTO
Rusiya Zaporojyaya ağır zərbələr endirdi: 4 nəfər ölüb, 18 nəfər yaralanıb, dağıntılar altında qalan var
Bayden mətbuat konfransında: "Vəzifəmi rahat təhvil verəcəyəm" - "Amerikalıların qərarına uyğun hərəkət edəcəyik"
Zelenski Budapeştdə: "Putinlə danışıqların mənası yoxdur, koeryalılar artıq Avropada döyüşür" - "Trampın hansı qərar verəcəyini indidən demək olmaz"
Nazir Rəşad Nəbiyev yeni vəzifəyə təyin olundu - Sərəncam
Siyavuş Kərimiyə Prezidentin fərdi təqaüdü veriləcək - Sərəncam
SABAHDAN 6 GÜN ARDICIL RƏSMİ İŞ GÜNÜ OLMAYACAQ - Bəs məktəblilər neçə gün tətil edəcək? (YENİLƏNİB)
Saxta plastik cərrahlarla bağlı araşdırma başlayıb - Siyahıda Xatirə İslamın bacısı da var
Müşavir niyə öz ərizəsi ilə vəzifədən gedib? - İddia
Prezident Ərdoğan NATO Baş katibini qəbul edib - Macarıstanda
Akademik Arif Həşimov: “Müasir dövrdə hər bir ölkənin inkişafı və gələcəyi onun energetika təhlükəsizliyi ilə birbaşa bağlıdır” - MÜSAHİBƏ
Azercell-dən Zəfər Gününə özəl təklif
Bakı, Sumqayıt və Abşeron üzrə pensiyaları ödənilib - Bəs rayonlarda nə vaxt olacaq?
RƏİS MÜAVİNİNƏ GENERAL RÜTBƏSİ VERİLDİ - Sərəncam
ONLAR DA GENERAL OLDU - Sərəncam/SİYAHI
Prezident Hikmət Mirzəyevlə bağlı sərəncam imzaladı - Yüksək ali hərbi rütbə verildi
PA-nın ŞÖBƏ MÜDİRİNƏ GENERAL RÜTBƏSİ VERİLDİ - Sərəncam
Bakıda bu küçələrdə yürüş olacaq - Zəfər bayramı ilə bağlı
İlham Əliyev Moldova prezidentinə məktubu göndərib - MƏTN
“Nar”ın sərfəli “TouristSIM” tarifləri ilə Azərbaycanı kəşf et!
Aparıcı Zümrüd Bədəlova: “O çılğın eşqi yaşamaq istəyirəm"
Mərkəzi Bankın valyuta və qızıl ehtiyatları artıb - Son statistika
Təhsildə ixtisas uyğunluğuna dair tələblər təsdiqlənib - DETALLAR
Pakistanda iki ard-arda terror aktı: 4 polis və 2 uşaq ölüb
Elm və Təhsil Nazirliyi açıqlama yayıb
Almaniyada siyasi böhran: Müxalifət "etimad səsverməsi" tələb edir, Şolts yola salınır?
Çin prezidenti Trampı belə təbrik elədi: ""Qazan-qazan" prinsipiylə işləyə bilərik"
"Pullu yol"dan necə istifadə olunacaq: “Sürətli Keçid Kartları” satışa buraxılır - VİDEO
Zəfər Günü Musiqili Teatrda – “Bir nəfəs qədər”
“Azur” Ticarət Mərkəzi, "Yeni həyat" və... - Birlik rəhbəri satışda zəhərli uşaq paltarlar haqda şok açıqlamalar verib, kimlərin adl hallanır?
Tibb Universiteti adına rüsvayçılıq - ELMİ NƏŞRİN ADI "SCOPUS"UN SİYAHISINDAN ÇIXARILDI VƏ...
Daha 30 ailədən ibarət 150 nəfər Cəbrayıla köçürülüb (Yenilənib)
Miqrasiya Məcəlləsi dəyişib
Prezident yeni avtomobil yolu ilə Mərkəzi parkın açılışını edib - FOTOLAR (Yenilənib)
Xəzər dənizində zəlzələ olub