Bu telekanallar cəzalandırıldı - Yayım qadağasını pozduqları üçün (SİYAHI)

img

07-11-2024 [21:35]


Türkiyədə Radio və Televiziya Üst Şurası (RTÜK) Ankarada TUSAŞ silah zavoduna silahlı terror aktı ilə bağlı yayım qadağasına əməl etməyən xeyli TV-ləri cəzalandırıb.

Mia.az Türkiyə mətbuatına istinadla xəbər verir ki, RTÜK bu barədə qərarını bu gün açıqlayıb.

Qərara əsasən, TV 8, Kanal D, NOW, ATV, Star TV, Akit TV, Beyaz TV, tv100, Kanal 3, Meltem TV, NTV, Show TV, Tele1, CNN Türk, TGRT Haber, SZC, Halk TV və "Flash Haber" telekanaları müxtəlif məbləğlərdə cərimələniblər.

Xəbərdə deyilir ki, bununla yanaşı, bəzi kanallarda yayımlanan seriallarda Türkiyənin adət-ənənələrinə zidd səhnələr artıb: "Bunlar diqqətlə izlənilir. Yaıxn günlərdə qərarlar veriləcək..."

Ləman

MİA.AZ


Digər xəbərlər
SON XƏBƏRLƏR