Dünya çempionatı nə vaxt keçiriləcək?

img

22-05-2014 [11:31]


Beynəlxalq Futbol Federasiyası (FİFA) futbol üzrə Braziliyada keçiriləcək dünya çempionatı oyunlarının vaxtını dəyişməyəcək.
 
«Gazeta.ru»-nun məlumatına görə, Braziliya Peşəkar Futbol Federasiyası havaların isti olması ilə əlaqədar oyunların keçirilmə vaxtına etiraz edib.
 
FİFA bildirib ki, məsələni araşdarılması üçün iki ilə sərf edib. Qurum əmin edib ki, isti hava şəraiti idmançıların sağlığına təsir etməyəcək.
 
Braziliya Peşəkar Futbol Federasiyası yerli vaxtla saat birə planlaşdıralan 24 oyunun vaxtının dəyişdirilməsini təklif edib. Qurum bildirib ki, həmin saatlarda hava çox isti olur. Ona görə oyun zamanı futbolçuların susuzluğunu aradan qaldırmaq üçün iki dəqiqəlik fasilə veilməsi təklifiilə də çıxış edib.
 
FİFA isə belə fasiləyə ehtiyac olmadığını, məsələ ilə  bağlı qərar isə şəraitdən asılı olacaq. (Lent.az)

Digər xəbərlər
SON XƏBƏRLƏR
12:23 08.03.2026

Sabah yağış yağacaq

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA