“Günay Sığorta”nın lisenziyası ləğv olunub

img

24-06-2023 [18:02]


Azərbaycan Mərkəzi Bankı (AMB) "Günay Sığorta" ASC-nin lisenziyasını ləğv edib.

Mia.az xəbər verir ki, 14 avqust 2008-ci il tarixli, 042483 nömrəli lisenziya "Sığorta fəaliyyəti haqqında” qanuna uyğun olaraq könüllü müraciət əsasında ləğv olunub.

Xatırladaq ki, "Günay Sığorta" 1992-ci ildə yaradılıb. Onun nizamnamə kapitalı 11,1 milyon manatdır. Şirkətin səhmlərinin 49,9 %-i Yeganə Şirinovaya, 28,48 %-i Mahmud Məmmədova, 21,62 %-i isə ləğv prosesində olan "Günay Bank" ASC-yə məxsusdur. Bu il mayın 16-da Bankın lisenziyası ləğv olunduqdan sonra "Günay Sığorta"nın fəaliyyətində çətinliklər yaranmışdı.


Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2025, MİA