Taksilərə əlavə cihazın quraşdırılacaq? - "Sürücülər hər gün müayinə olunacaq"

img

24-06-2023 [11:50]


"Taksilərdə proses telefonla idarə olunur, buna görə əlavə cihazın quraşdırılmasına ehtiyac yoxdur"

Mia.az xəbər verir ki, bu sözləri Milli Məclisdə taksilərlə bağlı qanunun müzakirəsində Rəqəmsal inkişaf və nəqliyyat nazirinin müavini Rəhman Hümbətov deyib.

Onun sözlərinə görə, yeni qanunda taksi sürücüləri hər gün reys qabağı müayinə olunacaq: "Müayinə dedikdə, sürücünün temperaturunun ölçülməsi, onun alkoqol qəbul edib-etməməsinin yoxlannılması nəzərdə tutulur. Başqa ölkələrin təcrübəsi nəzərə alınaraq burda müasir avadanlıqlarla nəzarət tətbiq ediləcək. Qarajlarda xüsusi avadanlıqlar vasitəsilə sürücülər tibbi müayinədən keçiriləcək".

Samir

MİA.AZ


Digər xəbərlər
SON XƏBƏRLƏR