"Balotellinin transferini istəyirəm, ancaq..." - Mançini

img

21-05-2014 [15:56]


Qalatasaray"ın baş məşqçisi Roberto Mançini "Milan"ın hücumçusu Mario Balotellini transfer etmək istədiklərini bildirib.

"Fanatik" qəzetinə açıqlamasında italiyalı mütəxəssis sabiq futbolçusunun "Milan"dan ayrılacağına inanmadığını deyib:

"Balotellini çox istəyirəm. Yaxşı futbolçudur, ancaq onun "Milan"dan ayrılacağına inanmıram. Onun Türkiyəyə gəlməsi üçün çox gənc olduğunu düşünürəm. Qarşıdakı illərdə Balotellinin Türkiyədə oynaması mümkün ola bilər".

Qeyd edək ki, Mançini 2007-2008-ci illərdə "İnter"də Balotelli ilə birgə çalışıb. 

qol.az


Digər xəbərlər
SON XƏBƏRLƏR
12:23 08.03.2026

Sabah yağış yağacaq

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA