Neftçalada teplovoz ilə yük maşını toqquşub - Ölən var və xəsarət alan var

img

23-06-2023 [14:28]


Neftçalada teplovoz ilə yük maşını toqquşub, ölən var və xəsarət alan var.

Mia.az Report-a istinadla xəbər verir ki, hadisə rayonun Qazaxbərəsi kəndi ərazisindən keçən hissəsində qeydə alınıb.

Belə ki, tənzimlənməyən dəmir yolunda teplovoz yük maşını ilə toqquşub. Qəza nəticəsində İmişli rayon sakini, 1995-ci il təvəllüdlü Fəxrəddinov Vüsal Rüstəm oğlu hadisə yerində ölüb. Salyan rayon sakini, 1969-cu il təvəllüdlü İbadov İbad İnqilab oğlu isə xəsarət alıb.

Xəsarət alan Neftçala Rayon Mərkəzi Xəstəxanasına çatdırılıb.

Faktla bağlı araşdırma aparılır.


Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA