Prezidentin sabiq müşaviri ilə keçmiş idarə rəisi arasında torpaq qalmaqalı yaranıb
22-06-2023 [12:09]
“Rizvan Vahabov adlı şəxsin zəbt etdiyi torpağımı mənə mərhum prezident Heydər Əliyevin göstərişi ilə ayırmışdılar. Həmin torpağı şəhid övladı olan nəvələrimə qoyub getmək istəyirəm bu dünyadan”.
Mia.az Musavat.com-a istinadla xəbər verir ki, bunu sabiq dövlət müşaviri, politoloq Qabil Hüseynli Prezident İlham Əliyevə məktubunda yazıb.
O bildirir ki, nəvələri ilə Badamdardakı torpağına getsə də, darvazadan içəri keçə bilmir: “Rizvan Vahabov ora bir ailə yerləşdirib, gözətçilik edirlər. Məni də sənəd-sübutlu torpağıma buraxmırlar. Əllərində də bir saxta, kötüyü olmayan sərəncamları var. Hansının ki, qanunsuz olması ilk baxışdan görünür. Mən Rizvan Vahabovu tanıyıram, onunla əlaqə saxlayıb bu qanunsuzluqdan əl çəkməsini istəmişəm. Rizvan Vahabov puluna-varına arxalanıb mənə qarşı qanunsuzluğu davam etdirir. Onun Badamdarda 10-dan çox belə torpağı var. Mənim 6 sot torpağımı da illərdir ki, zəbt edib”.
Qabil Hüseynli “Yeni Müsavat”a deyib ki, R.Vahabov vaxtilə Dövlət Yanacaq Komitəsinin sədri, Neft Şirkətinin Neft Kəmərləri İdarəsinin rəisi, YAP-ın Səbail rayon təşkilatının idarə heyətinin üzvü olub: “İndi vəzifədə deyil, amma əlaqələri var. Ona görə də mən torpağımı ondan ala bilmirəm. Əlacım dövlət başçısına müraciət etməkdir. Prezident İlham Əliyevdən xahiş edirəm ki, mərhum Heydər Əliyevin mənə verdiyi torpağın mənə qaytarılmasına kömək etsin”.
Qabil Hüseynli torpaq sahəsinin ona ayrılmasının tarixçəsini belə nəql edib: “Dövlət müşaviri postunu tutduğum dövrdə ev növbəsinə dayanmışdım. Belə qayda vardı ki, ev növbəsindən imtina edənlərə əvəzində torpaq sahəsi verirdilər ki, ev tiksin. Nizami Süleymanov dedi ki, ev növbəsindən imtina edənlərə torpaq sahəsi verirlər. Mən, Bəxtiyar Vahabzadə, akademik Nizami Süleymanov mərhum Heydər Əliyevə müraciət etdik ki, bizə də torpaq sahəsi ayrılsın. Göstəriş verildi, üçümüzə də Badamdarda torpaq sahələri ayrıldı. Hərəmizə 6 sot torpaq verildi. 627 saylı, 1 mart 1994-cü il tarixli sərəncamı Səbayel Rayon İcra Hakimiyyətinin başçısı imzalayıb. Sərəncamla mənə, Bəxtiyar Vahabzadəyə, Nizami Süleymanova və Elxan İsgəndərova torpaq sahəsi ayrılıb. Mən də mişar daşı ilə ərazini hasarlatdım, darvaza qoydum, balaca bir ev tikdim. Şəxsən fəhləlik etdim, daş daşıdım ki, evimin tikintisində iştirakım olsun. Qonşularla birgə ortaq olaraq kanalizasiya sistemi, su, işıq, qaz xətləri çəkdirdik. Bir neçə il sonra qonşular məlumat verdilər ki, torpaq sahəm zəbt olunub. Araşdırdım, məlum oldu ki, torpağı zəbt edən o zaman Yanacaq Komitəsinin sədri olan Rizvan Vahabovdur. Rizvan Vahabov torpağıma verilən sərəncam olduğu halda mənim torpağıma saxta bir sərəncam aldı. Özü ilə də danışdım, dedi ki, get ver məhkəməyə. Mən o zaman Səbayel İcra Hakimiyyətinə müraciət etdim. İcra başçısı dedi ki, bu, mənim səlahiyyətimdə deyil, bu məsələlərə bələdiyyələr baxır. Bələdiyyələr də şikayətimə baxmadı. Mənə qarşı törədilən cinayətlə bağlı Prezident Administrasiyasının sabiq rəhbəri Ramiz Mehdiyevə şikayət yazdım. Cavab verdilər ki, araşdırırlar, amma yenə də araşdırmadılar”.

Rizvan Vahabov
Qabil Hüseynli deyir ki, Rizvan Vahabovun qanunsuz əməlindən məhkəməyə müraciət etməyib: “Bu gün mənim torpağımda Rizvan Vahabov tərəfindən qoyulan gözətçi öz ailəsi ilə bərabər yaşayır. Mən torpağım zəbt ediləndən sonra məhkəməyə müraciət etmək haqda düşündüm. Lakin Rizvan Vahabovun əlaqələrini, məhkəmələrə təzyiq etmək imkanlarını nəzərə alıb, bundan vaz keçdim. Çünki o, pullu adamdır, məhkəmələrdə məni uduzdura bilər. Torpaq sahəsinin mənə ayrılması haqda sərəncam bu gün də əlimdədir. Ona görə də ölkə başçısına müraciət edib, qanunsuzluğa son qoyulmasını xahiş etmişəm. Torpağımı mənə qaytarsınlar və ya torpağımın dəyərini, o torpağa çəkdiyim xərci ödəsinlər”.
Məsələ ilə bağlı Rizvan Vahabovla əlaqə saxladıq. O, “məni bu məsələyə qatmayın, Qabil Hüseynli gedib məhkəməyə müraciət etsin" deməklə münasibətini ifadə etdi.
Rizvan Vahabovun adı əvvəllər də mülk zəbt etməkdə hallanıb. Bakının Murtuza Muxtarov 145 ünvanında yerləşən binanın 1-ci mərtəbəsində yerləşən qeyri-yaşayış sahələrini və mənzilləri alan vətəndaşların mülkləri Rizvan Vahabov tərəfindən əllərindən alınmışdı. Vətəndaşlar Sevinc Rəcəbova, Təranə Hüseynova, Anar Əsədov, Vüsalə Xamıyeva, Zamiq Əhmədov, Əhliman Alıyev və Adil Kazımov redaksiyamıza müraciət edərək bildirmişdilər ki, 2011-ci ildə Rizvan Vahabov qayınanası Anna Qoloveşkinanın adından istifadə etməklə, Murtuza Muxtarov 145 ünvanında yerləşən binanın 1-ci mərtəbəsində yerləşən qeyri-yaşayış sahələrini və mənzilləri əllərindən almağa çalışır. Şikayətçilər redaksiyaya R.Vahabovla bağlı olan və ona yönəlik çox ilginc ittihamlar yer alan materiallar təqdim etmişdilər.
Livanın şərqindəki Şaat şəhərində bir binaya İsrailin hücumu nəticəsində altı nəfər həlak olub
Qətər: Ras Laffan Sənaye Bölgəsi zərbə aldı
Arne Slot: "Bu, həyatımın ən yaxşı nəticələrindən biri idi"
"Santos" klubu baş məşqçisini istefaya yollayıb
"Kremoneze" baş məşqçi Davide Nikola ilə yollarını ayırıb
Eray Yazqan: "UEFA nümayəndələrinə şikayət etdik"
İlham Əliyev ilə Şavkat Mirziyoyev bir-birilərini Novruz və Ramazan bayramları münasibətilə təbrik ediblər
"Qalatasaray" klubu Noa Lanqın əməliyyat olacağını açıqladı
Bayram günlərinin hava proqnozu açıqlanıb
ABŞ-nin xüsusi elçisi Koull Lukaşenko ilə danışıqlar aparır
Buzovnada məhkuma məxsus avtomat aşkarlanıb
Gürcüstanın Katolikos-Patriarxının dəfnində Azərbaycanı Sahibə Qafarova təmsil edəcək
Abdülkerim Bardakcı: "Çempionlar liqasında ölkəmizi qürurla təmsil edərək irəlilədik"
Okan Buruk: "Rəqibimiz bizdən üstün idi"
Bakıda Novruz şənliyi keçirilib
Küveytdə Yaxın Şərqin ən böyük neft emalı zavodunda PUA zərbəsindən sonra yanğın baş verib
Lionel Messi 900-cü qolunu vurub
Viktor Osimhen əməliyyat olacaq - Qolu sınıb
"İnter" Orkun Kökçü ilə maraqlanır
Qafqaz Müsəlmanları İdarəsi Ramazan bayramı ilə bağlı fətva verib
Səudiyyə Ərəbistanında "Samref" NEZ hava hücumuna məruz qalıb
Azərbaycan nefti 117 dollara satılır - 9 dollar bahalaşdı
İranda yanvar iğtişaşlarında iştirak edən üç nəfər edam olunub
Bernardo Silva İtaliya nəhənginin radarına düşüb
"PSJ"nin cinah hücumçusu Bredli Barkola zədələnib
Coşua Zirkze mövsümün sonunda "Mançester Yunayted"dən ayrıla bilər
İlham Əliyevin sosial media hesablarında Qarabağda keçirdiyi Novruz bayramları ilə bağlı videoçarx paylaşılıb
Alena Əliyeva Novruz yarmarkasını ziyarət edib
İspaniya bu il Ukraynaya hərbi dəstək üçün 1 milyard avro ayıracaq
"X" sosial şəbəkəsində qlobal nasazlıq müşahidə olunur
İran Fars körfəzi ölkələrinin neft obyektlərinin yerləşdiyi ərazilərdən təxliyəyə çağırıb
Aİ və İslandiya müdafiə sahəsində tərəfdaşlığa dair saziş imzalayıb
Bu gecə Xırdalanın bəzi ərazilərində işıq olmayacaq
Sumqayıtda 39 yaşlı qadın dəm qazından ölüb
Hikmət Hacıyev Parisdə Makronun diplomatik müşaviri ilə ikitərəfli münasibətləri müzakirə edib
İlham Əliyev: 2021-ci ildən sonra bütün illər boyu Novruz ərəfəsində Qarabağdayam, bu, böyük xoşbəxtlikdir
Azərbaycanın QHT təmsilçisi BMT-nin konfransında
Zelenski və İspaniyanın Baş naziri Pedro Sançes bir sıra əməkdaşlıq sazişləri imzalayıblar
Azərbaycan əhalisinin sayı açıqlanıb
İlham Əliyev Xocavəndin Xanoba kəndində fərdi evlər və infrastrukturun bərpası işləri ilə tanış olub
Dünyanın ən böyük qaz yatağı olan Cənub Parsa zərbə endirili
"Astana" gəmisi Rumıniya sahillərində batıb, ölən var