Nazir icra başçısının oğlunu vəzifədən çıxardı - Yeni təyinat (FOTO) - Yenilənib

img

22-06-2023 [13:47]


Lənkəran Şəhər İcra Hakimiyyətinin başçısı Taleh Qaraşovun oğlu vzifədən çıxarılan oğlu Seymur Qaraşova yeni vəzifə verilib.

Məlumata görə, fövqəladə hallar naziri, general-polkovnik Kəmaləddin Heydərovun müvafiq əmri ilə daxili xidmət polkovniki Qaraşov Seymur Taleh oğlu FHN-nin Daxili Tədqiqat İdarəsinin rəis müavini təyin edilib.

Qeyd edək ki, bu vəzifədən əvvəl Seymur Qaraşov Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin rəis müavini idi.

***

Fövqəladə hallar naziri, general-polkovnik Kəmaləddin Heydərov Lənkəran Şəhər İcra Hakimiyyətinin başçısı Taleh Qaraşovun oğlu Seymur Qaraşovu işdən çıxarıb.

Mia.az Qaynarinfo-ya istinadla xəbər verir ki, nazirin müvafiq əmri ilə daxili xidmət polkovniki Qaraşov Seymur Taleh oğlu Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin rəis müavini vəzifəsindən azad olunub.

Onun yerinə daxili xidmət polkovnik-leytenantı Eyvazov Ayaz Teyfur oğlu təyin edilib.

Qeyd edək ki, Ayaz Eyvazov 16 noyabr 1979-cı ildə Xaçmaz rayonunda anadan olub. Azərbaycan Dövlət İqtisad Universitetini bitirib. Ailəlidir, 3 övladı var.

MİA.AZ

img img

Digər xəbərlər
SON XƏBƏRLƏR