Gədəbəydə qadına gözyaşardıcı qaz sıxan polislə bağlı araşdırma başlayıb - Vilayət Eyvazov DİN-in bir qrup əməkdaşını rayona göndərdi (Yenilənib)
21-06-2023 [11:38]
Gədəbəy rayonu Söyüdlü kəndində bir qrup şəxs kənd ərazisində inşa olunan süni gölün tikintisinə qanunsuz müdaxiləsilə bağlı 2 aydır ki, həmin şəxslərlə rayon icra hakimiyyəti və polis əməkdaşları tərəfindən profilaktik izahat işləri aparılıb.
Mia.az-ın məlumatına görə, bu barədə DİN-in mətbuat xidmətinin şöbə rəisi, polis polkovnik-leytenatı Elşad Hacıyev bildirib ki, ancaq bütün tədbirlərə baxmayaraq, dünən həmin şəxslər müəssisə əməkdaşlarına hücum etməsi ilə əlaqədar polis əməkdaşları əraziyə cəlb olunaraq onların qanunsuz əməllərinin qarşısını alıblar:
"Təəssüf ki, sosial şəbəkələrdə yayılan görüntülər törədilən qanunsuz hərəkətlərin digər tərəflərini əks etdirmir. Qəsdən, məqsədli olaraq, polis əməkdaşının qadınlardan birinə qarşı xüsusi vasitədən istifadə etməsini göstərirlər. Polis əməkdaşı emosiyaya qapılaraq qadına qarşı ciddi qəbahətə yol verib və bunu qəbul edirik. Bununla bağlı müvafiq araşdırma aparılır, onun əməlinə hüquqi qiymət veriləcəkdir.
Vətəndaşlara yaxşı məlumdur ki, əsasən Bakı şəhərində qanunsuz aksiya cəhdlərində iştirak edən qadınların polis əməkdaşlarının ünvanına səsləndirdiyi nalayiq ifadələr, hüquqazidd hərəkətləri ilə bağlı çoxsaylı faktlar var və bunlar jurnalistlər tərəfindən çəkilib, yayılıb. Orada da aşkar görünür ki, polis əməkdaşları həmin qadınlara qarşı yüksək təmkin və intizam nümayiş etdiriblər.
Dəfələrlə olub ki, polis əməkdaşları Azərbaycan qadınına yaraşmayan hüquqazidd hərəkətlərə məruz qalsa da həmin qadınlara qarşı hər hansı xüsusi vasitə tətbiq edilməyib, yaxud cəza verilməsi ilə bağlı məsələ qaldırılmayıb".
***
Gədəbəydə qadına arxadan gözyaşardıcı qaz sıxan polislə bağlı araşdırma başlayıb.
Mia.az xəbər verir ki, bu barədə DİN-in mətbuat xidməti məlumat yayıb.
Bildirilib, bu gün günorta saatlarında Gədəbəy rayonu Söyüdlü kəndində bir qrup şəxs kənd ərazisində inşa olunan süni gölün tikintisinə etiraz edən sakinlərə dəfələrlə xəbərdarlıq edilməsinə, izahedici söhbətlər aparılmasına baxmayaraq, onlar qeyd olunan əraziyə toplaşıblar:
"Onlar polisin qanuni tələblərinə qəsdən tabe olmayaraq daşla, küt alətlərlə bir neçə fəhləyə xəsarət yetirib və polis əməkdaşlarına qarşı müqavimət göstərməyə cəhd ediblər. Görülmüş tədbirlərlə qanunsuz aksiyanın iştirakçıları ərazidən uzaqlaşdırılıblar.
O ki qaldı videogörüntülərdə polis əməkdaşının qadınlardan birinə gözyaşardıcı qaz tətbiq etməsinə, bununla əlaqədar DİN-in bir qrup əməkdaşı Gədəbəy rayonuna ezam olunub. Həmin fakt üzrə xidməti yoxlama aparılır.
Xidməti yoxlamanın nəticəsindən asılı olaraq məsələyə hüquqi qiymət veriləcək".
Hadisəni bu linkdən izləyə bilərsiniz:
https://www.youtube.com/shorts/9Lm6dPhtpHI
Mia.az
Livanın şərqindəki Şaat şəhərində bir binaya İsrailin hücumu nəticəsində altı nəfər həlak olub
Qətər: Ras Laffan Sənaye Bölgəsi zərbə aldı
Arne Slot: "Bu, həyatımın ən yaxşı nəticələrindən biri idi"
"Santos" klubu baş məşqçisini istefaya yollayıb
"Kremoneze" baş məşqçi Davide Nikola ilə yollarını ayırıb
Eray Yazqan: "UEFA nümayəndələrinə şikayət etdik"
İlham Əliyev ilə Şavkat Mirziyoyev bir-birilərini Novruz və Ramazan bayramları münasibətilə təbrik ediblər
"Qalatasaray" klubu Noa Lanqın əməliyyat olacağını açıqladı
Bayram günlərinin hava proqnozu açıqlanıb
ABŞ-nin xüsusi elçisi Koull Lukaşenko ilə danışıqlar aparır
Buzovnada məhkuma məxsus avtomat aşkarlanıb
Gürcüstanın Katolikos-Patriarxının dəfnində Azərbaycanı Sahibə Qafarova təmsil edəcək
Abdülkerim Bardakcı: "Çempionlar liqasında ölkəmizi qürurla təmsil edərək irəlilədik"
Okan Buruk: "Rəqibimiz bizdən üstün idi"
Bakıda Novruz şənliyi keçirilib
Küveytdə Yaxın Şərqin ən böyük neft emalı zavodunda PUA zərbəsindən sonra yanğın baş verib
Lionel Messi 900-cü qolunu vurub
Viktor Osimhen əməliyyat olacaq - Qolu sınıb
"İnter" Orkun Kökçü ilə maraqlanır
Qafqaz Müsəlmanları İdarəsi Ramazan bayramı ilə bağlı fətva verib
Səudiyyə Ərəbistanında "Samref" NEZ hava hücumuna məruz qalıb
Azərbaycan nefti 117 dollara satılır - 9 dollar bahalaşdı
İranda yanvar iğtişaşlarında iştirak edən üç nəfər edam olunub
Bernardo Silva İtaliya nəhənginin radarına düşüb
"PSJ"nin cinah hücumçusu Bredli Barkola zədələnib
Coşua Zirkze mövsümün sonunda "Mançester Yunayted"dən ayrıla bilər
İlham Əliyevin sosial media hesablarında Qarabağda keçirdiyi Novruz bayramları ilə bağlı videoçarx paylaşılıb
Alena Əliyeva Novruz yarmarkasını ziyarət edib
İspaniya bu il Ukraynaya hərbi dəstək üçün 1 milyard avro ayıracaq
"X" sosial şəbəkəsində qlobal nasazlıq müşahidə olunur
İran Fars körfəzi ölkələrinin neft obyektlərinin yerləşdiyi ərazilərdən təxliyəyə çağırıb
Aİ və İslandiya müdafiə sahəsində tərəfdaşlığa dair saziş imzalayıb
Bu gecə Xırdalanın bəzi ərazilərində işıq olmayacaq
Sumqayıtda 39 yaşlı qadın dəm qazından ölüb
Hikmət Hacıyev Parisdə Makronun diplomatik müşaviri ilə ikitərəfli münasibətləri müzakirə edib
İlham Əliyev: 2021-ci ildən sonra bütün illər boyu Novruz ərəfəsində Qarabağdayam, bu, böyük xoşbəxtlikdir
Azərbaycanın QHT təmsilçisi BMT-nin konfransında
Zelenski və İspaniyanın Baş naziri Pedro Sançes bir sıra əməkdaşlıq sazişləri imzalayıblar
Azərbaycan əhalisinin sayı açıqlanıb
İlham Əliyev Xocavəndin Xanoba kəndində fərdi evlər və infrastrukturun bərpası işləri ilə tanış olub
Dünyanın ən böyük qaz yatağı olan Cənub Parsa zərbə endirili
"Astana" gəmisi Rumıniya sahillərində batıb, ölən var