Konfrans Liqasında ən yaxşı qol: türk futbolçu tarix yazıb - FOTOLAR

img

13-06-2023 [00:09]


Türkiyənin "Sivasspor" komandasının İtaliyanın "Fiorentina"sına qarşı oyunda Ərdoğan Yeşilyurtun vurduğu möhtəşəm qol Konfrans Liqasında mövsümün ən yaxşı qolu seçilib.

Mia.az xarici mətbuata istinadla xəbər verir ki, türk futbolçu "Fiorentina"ya cərimə meydançası xaricindən vurduğu gözəl qolla Moffi ("Nitsa"), Immobile ("Latsio"), Diouf ("Bazel"), Çukvueze ("Vilyarreal"), Saponara, Kouame ("Fiorentina"), Boven və Raysı ("Vest Hem") müsabiqədə qabaqlayıb.

Xatırladaq ki, türk furtblçuu həmin qolu 1/16-də qarşılaşmasında vurub. Lakin onun bu qolu komandasına kömək etməyib. İtaliya klubu türk komandasına həmiin oyunda 4:1 hesabı ilə qalib gəlib.

Fərid

MİA.AZ

img img img img

Digər xəbərlər
SON XƏBƏRLƏR