Zakir Həsənov Qarabağ zonasında: "Təxribatların qarşısını dərhal və qətiyyətlə alın" - VİDEO/FOTOLAR
10-06-2023 [10:44]
Quru Qoşunlarının hazırlıq planına əsasən, azad edilmiş ərazilərdə komanda-qərargah təlimi keçirilib.
Mia.az Müdafiə Nazirliyinə istinadla xəbər verir ki, təlimə cəlb olunan birlik, birləşmə və hissələr aidiyyəti üzrə müxtəlif dərəcəli döyüşə hazırolma vəziyyətinə gətirilib, təyin olunmuş rayonlara çıxarılaraq idarəetmə orqanlarının ərazidə açılması təmin edilib, həmçinin digər qoşun növü bölmələri ilə qarşılıqlı əlaqədə fəaliyyətlər icra olunub.
Azərbaycanın müdafiə naziri general-polkovnik Zakir Həsənov və nazirliyin digər rəhbər heyəti komanda-qərargah təliminin gedişatını, o cümlədən bölmələrin ərazidə fəaliyyətini izləyib.
General-polkovnik Z.Həsənov səhra şəraitində açılan komanda idarəetmə məntəqəsinə gələrək fəaliyyətlərin təşkilini yoxlayıb, əməliyyatların aparılması zamanı komandir və qərargah zabitlərinin xəritə, eləcə də ərazinin maketi üzərində qəbul edilən qərarlara dair məruzələrini dinləyib.
Qeyd edilib ki, Vətən müharibəsi və sonrakı əməliyyatlarda qazanılan döyüş təcrübəsi nəzərə alınmaqla çətin relyefli ərazilərdə müasir idarəetmə üsullarının tətbiq edilməsi ilə keçirilən təlimdə əsas məqsəd komandir və müvafiq vəzifəli şəxslərin bilik səviyyəsinin, eləcə də idarəetmə və çevik qərar qəbuletmə bacarıqlarının inkişaf etdirilməsidir.
Sonra general-polkovnik Z.Həsənovun rəhbərliyi ilə təlimin yekun iclası keçirilib.
Təlimin gedişatını müsbət qiymətləndirən nazir, Azərbaycanın Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyevin Azərbaycan Ordusu qarşısında qoyduğu tapşırıqları iclas iştirakçılarının diqqətinə çatdırıb.
Müdafiə naziri Ali Baş Komandan tərəfindən qarşıya qoyulan tapşırıqları, Ordumuzun üzərinə düşən bütün vəzifələri layiqincə yerinə yetirmək, eləcə də mümkün təxribatların qarşısını dərhal və qətiyyətlə almağa hər an hazır olmaq barədə konkret göstərişlər verib.
Sonda döyüş hazırlığının, o cümlədən hərbi qulluqçuların peşəkarlıq səviyyələrinin daim yüksək səviyyədə saxlanılması, təlim və məşqlərin daha keyfiyyətli və intensiv keçirilməsi ilə bağlı vəzifəli şəxslər qarşısında tapşırıqlar qoyulub.
Bundan sonra sığortaolunanların dərman və tibb vasitələri ilə təmin edilməsinə TƏBİB baxacaq
ABŞ müdafiə naziri Hegseth: Biz İranda 7000-dən çox hədəfi vurduq
İTSDA-nın icbari tibbi sığorta sahəsindəki səlahiyyətləri ləğv olunub, yeni agentlik yaradılıb - FƏRMAN
İran: Səhərdən bəri davam edən hücumlarda İsrail və ABŞ-ın 5-ci Donanmasının hədəfləri vurulub
Abşeronda motosiklet yük avtomobilinə çırpılıb, ölən var
Bank olmayan kredit təşkilatlarının adından fişinq yolu ilə kiberdələduzluq edən haker şəbəkəsi ifşa olunub
Azərbaycan şəxslərin dövlətlərarası axtarışı haqqında MDB müqaviləsində edilən düzəlişləri təsdiqləyib - FƏRMAN
İlham Əliyev Avropa Şurasının İnsan orqanlarının alverinə qarşı Konvensiyanı təsdiqləyib
Sabunçuda evlərdən 25 min manatlıq oğurluq edən şəxs saxlanılıb
"Trabzonspor" borcunu açıqlayıb
Hikmət Hacıyev Şimali Baltik Səkkizliyi ölkələrinin siyasi direktorları ilə fikir mübadiləsi aparıb
Lukaşenko ABŞ-yə səfər etməyi planlaşdırır
Vilayət Eyvazov Cəlilabadda vətəndaş qəbulu və sıra baxışı keçirəcək
Fərid Əhmədov Xaçmazda vətəndaşları qəbul edəcək
Noa Lanqın əməliyyatı uğurlu keçib
NOVRUZ GƏLDİ, YAZ GƏLDİ...
BMT-nin konfransında QHT təmsilçimiz çıxış edib
Azərbaycan beynəlxalq axtarışda olan şəxsi Özbəkistana təhvil verib
Küveytdə neft emalı zavoduna PUA hücumu meydana gəlib
Səudiyyə Ərəbistanı 1 raket və 8 PUA vurulduğunu açıqladı.
İran İsrailin Ben Qurion hava limanında üç özəl təyyarəni vurub
Lukaşenko özünü Trampın tərəfdarı adlandırıb
Azərbaycanda dövlət sirrini yaymaqda ittiham edilən xarici ölkə vətəndaşına hökm oxunub
Şuşa məktəbində Novruz bayramı qeyd olunub
Jadon Sancho "Borusiya Dortmund"a qayıda bilər
Livanın şərqindəki Şaat şəhərində bir binaya İsrailin hücumu nəticəsində altı nəfər həlak olub
Qətər: Ras Laffan Sənaye Bölgəsi zərbə aldı
Arne Slot: "Bu, həyatımın ən yaxşı nəticələrindən biri idi"
"Santos" klubu baş məşqçisini istefaya yollayıb
"Kremoneze" baş məşqçi Davide Nikola ilə yollarını ayırıb
Eray Yazqan: "UEFA nümayəndələrinə şikayət etdik"
İlham Əliyev ilə Şavkat Mirziyoyev bir-birilərini Novruz və Ramazan bayramları münasibətilə təbrik ediblər
"Qalatasaray" klubu Noa Lanqın əməliyyat olacağını açıqladı
Bayram günlərinin hava proqnozu açıqlanıb
ABŞ-nin xüsusi elçisi Koull Lukaşenko ilə danışıqlar aparır
Buzovnada məhkuma məxsus avtomat aşkarlanıb