Rusiya sülhməramlıları ermənilərin hərbi daşımalarını müşayiət edir

img

09-06-2023 [12:26]


Rusiya sülhməramlı kontingenti tərəfindən qeyri-qanuni erməni silahlı dəstələri üçün daşınan hərbi yüklərin mühafizəsi davam etdirilir.

Mia.az xəbər verir ki, təqdim edilən videogörüntüdə sülhməramlıların ZTR-82A zirehli texnikasının müşayiəti ilə Xankəndi-Kərkicahan-Xəlfəli yolu ilə ermənilərin 4 ədəd yük "KamAZ"ı, 1 ədəd çən olan "KamAZ"ı və 1 ədəd "UAZ"ın hərəkəti aydın görünür.

Hərbi kolonla ermənilərin döyüş mövqelərinə təminat daşındığı icra edilir.


Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2025, MİA