İtkin düşmüş şəxslər üzrə Beynəlxalq Komissiya nümayəndələri ilə görüş keçirildi
09-06-2023 [11:12]
AMEA Arxeologiya, Etnoqrafiya və Antropologiya İnstitutunda İtkin düşmüş şəxslər üzrə Beynəlxalq Komissiyanın (International Commission on Missing Persons/ICMP) nümayəndələri ilə görüş keçirilib.
AMEA Arxeologiya, Etnoqrafiya və Antropologiya İnstitutunun İctimaiyyətlə əlaqələr şöbəsindən Mia.az-a bildirilib ki, İnstitutun Baş Direktor vəzifəsini icra edən Fərhad Quliyev Azərbaycan Respublikasının işğaldan azad edilmiş ərazilərində işğalçılar tərəfindən törədilmiş hərbi cinayətlərin izlərinin, qətlə yetirilmiş Azərbaycan vətəndaşı olan hərbi və mülki əsirlərin kütləvi dəfnlərinin tədqiqində rəhbərlik etdiyi elmi müəssisənin arxeoloqları və antropoloqlarının iştirakı barədə qonaqlara məlumat verdi. Bu mövzu üzrə İnstitutda ilk dəfə olaraq məhkəmə arxeologiyası və antropologiyası üzrə təcrübənin toplanması və mütəxəssislərin hazırlanması istiqamətində aparılan işlər barədə söz açan t.ü.f.d. Fərhad Quliyev qeyd edilən sahələr üzrə beynəlxalq əməkdaşlığın əhəmiyyətini xüsusi olaraq vurğuladı.
Məhkəmə Arxeologiyası və Antropologiyası üzrə Qarabağ arxeoloji ekspedisiyasının rəisi, AMEA Arxeologiya, Etnoqrafiya və Antropologiya İnstitutunun Elmi katibi, t.ü.f.d. Akif Quliyev Edilli (Xocavənd rayonu), Yuxarı Seyidəhmədli (Füzuli rayonu) kəndləri və Şuşa şəhəri ərazilərində aşkar edilən kütləvi məzarlıq və dəfnlərdə aparılan tədqiqatlarda rəhbərlk etdiyi ekspedisiyanın vəzifələri və görülmüş işlər barədə qonaqları məlumatlandırdı.
ICMP-i təmsil edən məhkəmə antropoloqu xanım Nikol Lambaher (Nicole Lambacher) və ICMP-in Cənubi Qafqaz proqramının rəhbəri xanım Karmen Osorno Solis (Carmen Osorno Solis) bildirdilər ki, onların əsas vəzifəsi — itkin düşmüş şəxslər üzrə aparılan təhqiqatlara cəlb edilmiş Azərbaycan Respublikasının aidiyyatı dövlət orqanları və elmi müəssisələrinin statusunun, təcrübə səviyyəsinin qiymətləndirilməsini ehtiva edir. Aparılan qiymətləndirilmə əsasında qarşılıqlı razılaşma prinsipi üzrə hazırlanacaq rəylər gələcəkdə təmsil etdikləri beynəlxalq təşkilatın tövsiyyələrinin hazırlanması və daha sıx əməkdaşlıq üçün zəmin yaradacaqdır.
Daha sonra İnstitutu təmsil edən mütəxəssislər qonaqların suallarını cavablandırmışlar, toxunulan problemlər üzrə fikir mübadiləsi aparılmışdır. Qeyd edək ki, görüşdə Azərbaycan Respublikası Əsir və itkin düşmüş, girov götürülmüş vətəndaşlarla əlaqədar Dövlət Komissiyasının üzvü cənab Əli Məhərrəmov, habelə AMEA Arxeologiya, Etnoqrafiya və Antropologiya İnstitutunun İcraçı Direktoru, t.ü.f.d. Zaur Həsənov, böyük elmi işçi, t.ü.f.d. Pərviz Qasımov, Məhkəmə Arxeologiyası və Antropologiyası üzrə Qarabağ arxeoloji ekspedisiyasının elmi heyətinin üzvü, Eksperimental arxeoloji laboratoriyasının müdiri Əjdər Babazadə iştirak edirdilər.
Küveyt: İrandan 18 PUA hücumu həyata keçirilib, 13-ü məhv edilib
Netanyahu mətbuat konfransı keçirərkən İran İsrailə raket atıb
Almaniya millisin heyəti açıqlanıb - Leroy Sane milliyə dəvət edilib
Fransa millisinin heyəti açıqlanıb
"İnter"in hücumçusu Fil Dişi Sahili millisini seçib
"Beşiktaş" öz meydançasında "Kasımpaşa"ya xal vermədi
Neftçalada avtomobil piyadanı vuraraq öldürüb
Paşinyanla Marta Kos Ermənistan və Aİ arasında əməkdaşlığın dərinləşdirilməsini müzakirə ediblər
Tramp Yaxın Şərqə qoşun göndərmək barədə danışıb
Şahbaz Şərif və Ərdoğan İranın hücumlarını müzakirə ediblər
MSK sədri, Baş prokurorun və Milli Məclisin spikerinin aylıq vəzifə maaşı artırılıb
Dövlət adından yaradılan və dövlət büdcəsindən vəsait alan qurumların əməkhaqqı sistemi təkmilləşdirilib
"ASAN xidmət" mərkəzlərindəki digər dövlət orqanları işçilərinin sosial müdafiəsi gücləndirilib
Dövlət qulluqçularının maaşlarının baza hissəsi artırılıb
Bundan sonra sığortaolunanların dərman və tibb vasitələri ilə təmin edilməsinə TƏBİB baxacaq
ABŞ müdafiə naziri Hegseth: Biz İranda 7000-dən çox hədəfi vurduq
İTSDA-nın icbari tibbi sığorta sahəsindəki səlahiyyətləri ləğv olunub, yeni agentlik yaradılıb - FƏRMAN
İran: Səhərdən bəri davam edən hücumlarda İsrail və ABŞ-ın 5-ci Donanmasının hədəfləri vurulub
Abşeronda motosiklet yük avtomobilinə çırpılıb, ölən var
Bank olmayan kredit təşkilatlarının adından fişinq yolu ilə kiberdələduzluq edən haker şəbəkəsi ifşa olunub
Azərbaycan şəxslərin dövlətlərarası axtarışı haqqında MDB müqaviləsində edilən düzəlişləri təsdiqləyib - FƏRMAN
İlham Əliyev Avropa Şurasının İnsan orqanlarının alverinə qarşı Konvensiyanı təsdiqləyib
Sabunçuda evlərdən 25 min manatlıq oğurluq edən şəxs saxlanılıb
"Trabzonspor" borcunu açıqlayıb
Hikmət Hacıyev Şimali Baltik Səkkizliyi ölkələrinin siyasi direktorları ilə fikir mübadiləsi aparıb
Lukaşenko ABŞ-yə səfər etməyi planlaşdırır
Vilayət Eyvazov Cəlilabadda vətəndaş qəbulu və sıra baxışı keçirəcək
Fərid Əhmədov Xaçmazda vətəndaşları qəbul edəcək
Noa Lanqın əməliyyatı uğurlu keçib
NOVRUZ GƏLDİ, YAZ GƏLDİ...
BMT-nin konfransında QHT təmsilçimiz çıxış edib
Azərbaycan beynəlxalq axtarışda olan şəxsi Özbəkistana təhvil verib
Küveytdə neft emalı zavoduna PUA hücumu meydana gəlib
Səudiyyə Ərəbistanı 1 raket və 8 PUA vurulduğunu açıqladı.
İran İsrailin Ben Qurion hava limanında üç özəl təyyarəni vurub