Nazirlik: "Məktəblərdə yeni qaydalar tətbiq olunacaq" - "Bütün şagirdlər eyni forma geyinəcək"

img

05-06-2023 [12:24]


Növbəti tədris ilindən məktəblərdə yeni qaydalar tətbiq olunacaq.

Mia.az Report-a istinadla xəbər verir ki, bu barədə Elm və Təhsil Nazirliyinin Ümumi və məktəbəqədər təhsilin təşkili və idarə olunması şöbəsinin müdiri Elnur Əliyev məlumat verib.

Onun sözlərinə görə, bu ildən 300 məktəbdə pilot layihə kimi tətbiqinə başlanılan şagird davranış qaydaları ilə bağlı monitorinqlər keçirilir, hesabatlar toplanılır: "Tətildə qaydaların yekun versiyası təsdiq olunacaq. Sentyabr ayından bütün məktəblərdə yeni qaydalar tədbiq olunacaq".

Nazirlik rəsmisi onu da deyub ki, yeni tədris ilindən bütün ölkə üzrə məktəblərdə yeni məktəbli formalarının tətbiqinə başlanılacaq: "Bütün şagirdlər eyni forma geyinməlidir".

Mia.az


Digər xəbərlər
SON XƏBƏRLƏR