Azercell-in dəstəyi ilə keçirilən “Her Improvement" layihəsi gənc qadınları texnoloji startap yaratmağa həvəsləndirdi - VİDEO
31-05-2023 [23:18]
Uzunmüddətli layihənin finalında iştirakçılar öz startaplarını münsiflər heyətinə təqdim etdilər
“Azercell Telekom” MMC-nin “FemTech” platforması ilə tərəfdaşlığı çərçivəsində həyata keçirilən "Her Improvement" layihəsinin bağlanış mərasimi baş tutub.
Mia.az xəbər evrir ki, tədbir zamanı proqram iştirakçıları layihə müddətində aldıqları bilik və bacarıqlar sayəsində ərsəyə gətirdikləri biznes modellərini nümayiş etdirdilər. 5 komanda öz texnoloji startapını 5 müxtəlif mövzu ətrafında qurmuşdu:
- “She leads” komandası - qadın sağlamlığına və hamiləliyə nəzarət etmək və düzgün məlumat almaq üçün nəzərdə tutulan sağlamlıq tətbiqi;
- “Profcat” komandası - təhsil yönümlü və gənclərə fərdi hazırlıq imkanı təklif edən sosial şəbəkə;
- “Parkedin” komandası - Bakı şəhəri üzrə avtopark və tıxac məsələlərinin həllinə kömək edən mobil tətbiq;
- “Forcedefem” komandası - insanların suallara asanlıqla cavab tapa biləcəyi, kommunikasiya yönümlü “Sual-Cavab” platforması;
- “My Tailor” komandası - onlayn dərzi platforması.
Startapların qarşısına qoyulan əsas şərt ideyaların texnoloji həllər vasitəsilə həyatın seçilmiş sahələrinə inteqrasiya etməsi idi və komandalar bu tapşırığın öhdəsindən uğurla gələrək, artıq implementasiyaya hazır startaplar təqdim etdilər.
İdeyaları dəyərləndirən münsiflər heyəti hər komandaya öz tövsiyələrini verib, bu yolda gənc qadınlara müvəffəqiyyət arzuladı. Münsif qismində “Azercell Telekom” MMC-nin Tərəfdaşlarla Münasibətlər şöbəsinin direktoru Nigar Şıxlinskaya, İnnovasiyaların tətbiqi üzrə müstəqil ekspert Leyla Hacıyeva, Azərbaycan Dövlət İqtisad Universiteti İnkubasiya mərkəzinin rəhbəri Mübariz Şahbazlı və Azərbaycan Dövlət İnnovasiyalar agentliyinin layihə meneceri Camal Ağayev iştirak etdilər.
Qeyd edək ki, Azercell-in dəstəyilə yarım ildən çox davam edən proqram qadınların texnologiya və biznes sahəsində biliklərinin artırılmasına və startap ideyalarının inkişafına yönəlmişdi. Yeniliyə açıq, öyrənmə həvəsli və startap ideyası olan qadınlardan ibarət 25 iştirakçı 7 ay müddətində biznes, startap, innovasiya sahələrində peşəkar təlimçilər, mentorlar tərəfindən dəstək alıb. Proqram çərçivəsində biznes və innovasiya sahələrindəki trend mövzular, “Blockchain” texnologiyaları və NFT, təqdimat bacarıqları və “pitch-deck” hazırlanması, eyni zamanda MVP, məhsul-bazar uyğunluğu və məhsulun inkişaf etdirilməsi üzrə təlimlər keçirilib.
Layihənin sonunda bütün iştirakçılara sertifikat, qalib seçilən “She leads” komandasına isə pul mükafatı da təqdim olundu.
MİA.AZ
Şahbaz Şərif və Ərdoğan İranın hücumlarını müzakirə ediblər
MSK sədri, Baş prokurorun və Milli Məclisin spikerinin aylıq vəzifə maaşı artırılıb
Dövlət adından yaradılan və dövlət büdcəsindən vəsait alan qurumların əməkhaqqı sistemi təkmilləşdirilib
"ASAN xidmət" mərkəzlərindəki digər dövlət orqanları işçilərinin sosial müdafiəsi gücləndirilib
Dövlət qulluqçularının maaşlarının baza hissəsi artırılıb
Bundan sonra sığortaolunanların dərman və tibb vasitələri ilə təmin edilməsinə TƏBİB baxacaq
ABŞ müdafiə naziri Hegseth: Biz İranda 7000-dən çox hədəfi vurduq
İTSDA-nın icbari tibbi sığorta sahəsindəki səlahiyyətləri ləğv olunub, yeni agentlik yaradılıb - FƏRMAN
İran: Səhərdən bəri davam edən hücumlarda İsrail və ABŞ-ın 5-ci Donanmasının hədəfləri vurulub
Abşeronda motosiklet yük avtomobilinə çırpılıb, ölən var
Bank olmayan kredit təşkilatlarının adından fişinq yolu ilə kiberdələduzluq edən haker şəbəkəsi ifşa olunub
Azərbaycan şəxslərin dövlətlərarası axtarışı haqqında MDB müqaviləsində edilən düzəlişləri təsdiqləyib - FƏRMAN
İlham Əliyev Avropa Şurasının İnsan orqanlarının alverinə qarşı Konvensiyanı təsdiqləyib
Sabunçuda evlərdən 25 min manatlıq oğurluq edən şəxs saxlanılıb
"Trabzonspor" borcunu açıqlayıb
Hikmət Hacıyev Şimali Baltik Səkkizliyi ölkələrinin siyasi direktorları ilə fikir mübadiləsi aparıb
Lukaşenko ABŞ-yə səfər etməyi planlaşdırır
Vilayət Eyvazov Cəlilabadda vətəndaş qəbulu və sıra baxışı keçirəcək
Fərid Əhmədov Xaçmazda vətəndaşları qəbul edəcək
Noa Lanqın əməliyyatı uğurlu keçib
NOVRUZ GƏLDİ, YAZ GƏLDİ...
BMT-nin konfransında QHT təmsilçimiz çıxış edib
Azərbaycan beynəlxalq axtarışda olan şəxsi Özbəkistana təhvil verib
Küveytdə neft emalı zavoduna PUA hücumu meydana gəlib
Səudiyyə Ərəbistanı 1 raket və 8 PUA vurulduğunu açıqladı.
İran İsrailin Ben Qurion hava limanında üç özəl təyyarəni vurub
Lukaşenko özünü Trampın tərəfdarı adlandırıb
Azərbaycanda dövlət sirrini yaymaqda ittiham edilən xarici ölkə vətəndaşına hökm oxunub
Şuşa məktəbində Novruz bayramı qeyd olunub
Jadon Sancho "Borusiya Dortmund"a qayıda bilər
Livanın şərqindəki Şaat şəhərində bir binaya İsrailin hücumu nəticəsində altı nəfər həlak olub
Qətər: Ras Laffan Sənaye Bölgəsi zərbə aldı
Arne Slot: "Bu, həyatımın ən yaxşı nəticələrindən biri idi"
"Santos" klubu baş məşqçisini istefaya yollayıb
"Kremoneze" baş məşqçi Davide Nikola ilə yollarını ayırıb