ETSN 143 min manatlıq maşın alır

img

30-05-2023 [16:52]


Ekologiya və Təbii Sərvətlər Nazirliyi Yanında Meşələrin İnkişafı Xidməti "Tam ötürücülü bortlu tentli yük avtomobillərinin satın alınması" tenderinin nəticələrini elan edib.

Mia.az xəbər verir ki, sorğunun qalibi "Azərmaş Group" MMC (VÖEN: 1404517221) olub.

Şirkətlə 143 000 manat məbləğində müqavilə imzalanıb.

"Azərmaş Group" MMC bundan əvvəl isə "Minatəmizləmə Agentliyinin 450 000 manat dəyərindəki "Yük-sərnişin tipli tam ötürücülü nəqliyyat vasitələrin satın alınması" tenderinin qalibi seçilib (23.12.2022).

Qeyd edək ki, "Azərmaş Group" MMC 24.01.2019-cu ildə dövlət qeydiyyatına alınıb. Şirkətin nizamnamə kapitalı 3 000 010 manatır. Qanuni təmsilçisi Rövşən Adıgözəlov Rəfail oğludur. Hüquqi ünvanı, Az1010, Bakı şəhəri, Nəsimi rayonu, Süleyman Rəhimov küçəsi, ev 195, m 8-də yerləşir(FED.az).


Digər xəbərlər
SON XƏBƏRLƏR