Naxçıvan prokurorluğunda daha iki dəyişiklik - Yeni təyinatlar

img

23-05-2023 [20:44]


Naxçıvan Muxtar Respublikasına hərbi prokuror təyin olunub.

Mia.az xəbır verir ki, bu barədə Baş Prokurorluğun Mətbuat Xidməti məlumat yayıb.

Bildirilib ki, Baş prokurorun müvafiq əmrilə Naxçıvan hərbi prokuroru vəzifəsini icra edən Aqil Axundov həmin vəzifəyə təyin edilib.

Bundan başqa, Baş prokuror Kamran Əliyevin əmrinə əsasən, Baş Prokurorluğun İstintaq idarəsinin böyük prokuroru Amil Rəhimov tutduğu vəzifədən azad olunaraq Naxçıvan Muxtar Respublikası prokurorunun müavini təyin edilib.


Digər xəbərlər
SON XƏBƏRLƏR