Çempion bərabərə qaldı, «Qəbələ» bürünc qazandı

img

17-05-2014 [21:37]


Bu gün Azərbaycan Premyer Liqasında 2013/14 mövsümünə yekun vurulub.

 "Qəbələ" öz meydanında "Sumqayıt"la, "Neftçi" isə səfərdə "Simurq"la qarşılaşıb. "Neftçi" və "Qəbələ" müvafiq olaraq turnir cədvəlinin 3-cü və 4-cü pillələrində qərarlaşdığından bu oyunlar bürünc medalı qazanmaq baxımından hər iki komanda üçün əhəmiyyətli olub. Lakin "Neftçi" səfərdə "Simurq"un müqavimətini qıra bilməyib. Bu görüşdə tərəflərin səylərinə baxmayaraq, oyunda qapılara qol vurulmayıb - 0:0.

  Bundan maksimum istifadə edən "Qəbələ" klubu öz meydanında "Sumqayıt"ı 3:1 hesabı ilə məğlub etməklə tarixində ilk dəfə Premyer Liqanın bürünc medallarına sahib çıxıb. 

 Bu qarşılaşmalarla eyni saatda baş tutan AZAL - "İnter" matçı formal xarakterli olub. Artıq gümüş medalları özü üçün təmin edən Kaxaber Sxadadzenin komandası bu oyuna əsasən ikinci heyətlə çıxıb. Lakin qələbəyə həsrət qalan AZAL klubu fürsətdən yararlana bilməyib. Komanda "İnter"ə də məğlub olmaqla, mövsümü 8-ci pillədə başa vurub – 1:3.

 Daha bir oyunda "Rəvan" "Bakı"nı qəbul edib. Meydan sahibləri elitanı tərk etməmək üçün mütləq qalib gəlməli və "Sumqayıt"ın "Qəbələ"yə məğlub olmağını gözləməli idi. Lakin paytaxt derbisi "Rəvan"ın məğlubiyyəti ilə başa çatıb - 2:3.

 Günün və mövsümün son oyunu isə mərkəzi arenada keçirilib. Burada çempionluğunu rəsmiləşdirən "Qarabağ" "Xəzər Lənkəran"ı qəbul edib. Oyunun ilk hissəsində cənub komandası hesabda irəli çıxsa da, hissənin sonunda Qurban Qurbanovun yetirmələri hesaba tarazlıq gətirib. İkinci hissədə isə komandalar qapılara yol tapa bilməyib – 1:1.


Digər xəbərlər
SON XƏBƏRLƏR
12:23 08.03.2026

Sabah yağış yağacaq

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA