Kılıçdaroğlu seçki kampaniyasını onlara tapşırdı

img

16-05-2023 [14:33]


Dünən əlini masaya çırparaq "buradayam" deyən Millət İttifaqını prezidentliyə namizədi Kamal Kılıçdaroğlu təkrar seçki ilə bağlı yeni qərarlar alıb.

Mia.az xəbər verir ki, o, seçki kampaniyasına liderlik üçün iki şəxsə yetki verib.

Bu barədə jurnalist Nevşin Mengü Twitter hesabında paylaşım edib: "Canan Kaftancıoğlu və Əkrəm İmamoğlu CHP-nin ikinci tur kampaniyasının başına gətirilib"

Bu arada Kılıçdaroğlu gənclərə müraciət edərək, "qaranlıqda yaşamamaq" üçün fəal olmağa çağırıb.

Samir

Mia.az
 

img

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2025, MİA