Babacandan Kılıçdaroğluna tam dəstək: "Getmədiyimiz qapıları döyəcəyik..."
16-05-2023 [00:02]
Millıət İttifaqının üzvü olan DEVA Partiyasının sədri Əli Babacan prezident seçkiləri ilə bağlı 2-ci tur qərarı veriləndən sonra videomüraciət paylaşıb.
Mia.az xəbər verir ki, partiya sədri qarşıdakı 13 gün içində Kamal Kılıçdaroğlunun mütləq qələbəsi üçün döymədikləri seçici qapısı olmayacağını bəyan edib:
"Mayın 14-də ölkəmizin tarixində ən güclü demokratiya nümunələrindən birini yaşadıq. Seçkilər demokratik havada keçdi. Mən seçkiyə səsvermədə iştirak edən vətəndaşlarımıza təşəkkür edirəm. Milyonlarla vətəndaşımızın səsi ilə seçki ikinci tura keçdi. Mayın 28-də yenidən sandıq başına olacağıq. Demokratiya səbr, zəhmət və təmkin tələb edir. 13 gündən sonra eyni həyəcanla, ümidlə, sevinclə seçkiyə gedəcəyik.
Qarşıdakı 13 gün ərzində daha çox çalışacağıq. Getmədiyimiz qapıları döyəcəyik, girmədiyimiz məhəllələrə gedəcəyik. Təxminən 8 milyon yarım vətəndaşımız səs vermədi. 1 milyondan çox səs etibarsız sayılıb. Fərq cəmi 2 milyon yarım civarındadır. Hörmətli Kılıçdaroğluna səs verməyən vətəndaşlarımızı da dinləyəcəyik. Qəti narahat olmayın, Kılıçdaroğlu mayın 28-i axşam prezident olacaq. Ümid edirəm ki, növbəti qısa kampaniya dövrü də barış işində keçəcək. İlk turda inandıra bilmədiyimiz dostlarımızı ziyarət etməyin vaxtı gəldi.
Dostlarımızla birlikdə dünən axşamdan bəri bütün nəticələri dərindən təhlil edirik. Heç kim ümidini itirməsin. İndiki təbliğata heç kim aldanmamalıdır. Biz birlikdə yaşayan insanlarıq. Fatih Terimin bir sözü var. Komandası mövsümün sonuna doğru 8 xal geridə qaldıqda, 8 fərq də, 18 fərq də qapanır demişdi. Komandası həmin mövsüm çempion oldu. Mən də deyirəm ki, 2.5 milyon fərq də, 12.5 milyon da qapanar.
Yıxılanda deyil, vaz keçdiyimizdə uduzarıq. 2 həftə geciksə də, bu ölkəyə bahar gələcək...".
Zülfiyyə
MİA.AZ
“Göztepe” komandası dağıldı - 11 oyunçu ilə yol ayrıldı
Türkiyədə FETÖ əməliyyatı: saxlanılanlar var
Zaur Axundov ev dustaqlığında qaldı - Həbs müddəti uzadıldı
İsmayıllıda ağır qəza: iki nəfər ölüb, xəsarət alanlar var
Araz Ağalarov həyat yoldaşından ayrılıb - Yenidən evləndi (FOTO)
Dövlət katibi: “Müctəba Xameneinin hakimiyyətdə qalıb-qalmayacağı qeyri-müəyyəndir"
ABŞ-ın Venesueladakı səfirliyi açıldı - 7 ildən sonra
Türkiyədə daha bir CHP-li bələdiyyə sədri tutulub - FOTO
Jurnalist ADSEA-ya su matoru aldı, icra başçısının rayondan xəbəri olmadığını iddia etdi: "Bu qədər məmur məsuliyyətsizliyi..."
YAP-ın QURULTAYININ VAXTI DƏQİQLƏŞDİ
16.7 MİLYONA BAŞA GƏLƏN 22 KM-lik YOL ELƏ GÜNƏ DÜŞDÜ Kİ... - 5 yaşayış massivinə gediş-gəliş qapadıldı (VİDEO)
Prezident bu fotonu paylaşdı
Xarici İşlər Nazirliyi bəyanat yaydı
Tramp İranda kiminlə təmasda olduqlarını açıqladı, Ali Dini Liderin isə… - “Bir həftə içində çox şeylər bəlli olacaq”
Livan Prezidenti: “Ölkənin cənubdakı vəziyyət faciəlidir”
Montella: “Özümü həqiqətən də türk kimi hiss edirəm”
İsrail parlamentindən şok qərar - Fələstinli məhbuslar edam olunacaq
Pezeşkian yeni şərt irəli sürdü: “Müharibənin bitməsi İran xalqının təhlükəsizliyi və…”
31 mart - Azərbaycanlıların Soyqırımı Günüdür
Tehran yenə bombalanır – Paytaxtda partlayış səsləri artıb
Bakıda qardaş qardaşı güllələyib
"FIFA Series – 2026": millimiz qalib gəldi (YENİLƏNİB)
ANAMA əməkdaşı Xocalıda qəzada ölüb
Xalq artisti Rasim Balayev dəfn edildi - Yenilənib
Ombudsman Səbinə Əliyeva bəyanat yayıb
Sabah yağış yağacaq
Şirvanda mənzildə partlayış olub, yaralı var - VİDEO
Paşinyan Baş nazir postuna yenidən namizəd oldu
Qazaxda 18 yaşlı qız dəm qazından boğulub
Sultan Süleymana Şah Abbas dərsi - TƏHLİL
Tramp: "Güman edirəm ki, tezliklə razılaşma olacaq" - "İran ABŞ-a 20 neft tankeri hədyyə edib"
Tehran bombalanır - Paytaxt qaranlığa qərq olub (FOTO)
Bu gün sizi nə gözləyir? - BÜRCLƏR
Şəfiqə Məmmədovadan Rasim Balayevlə bağlı açıqlama: "Çox pisəm, özümə gələ bilmirəm"
Bakıdakı ali məktəblər hara köçürülür? - VİDEO
Hava ilə bağlı əhaliyə - Xəbərdarlıq
ELDAR ƏZİZOV İCRA BAŞÇILARINI TOPLADI: 3 rayonda görülən işlər təqdir olunub, digərləri isə...
Prezident Cəmil Əliyevi təltif etdi - “İstiqlal” ordeni ilə
Rasim Balayev Türkiyədə vəfat edib