Ukrayna ordusu ölkənin şərqində əks-hücum əməliyyatlarına başlayıb

img

12-05-2023 [12:37]


Ukrayna Silahlı Qüvvələri ölkənin şərqində əks-hücum əməliyyatlarına başlayıb.

Mia.az Report-a istinadla xəbər verir ki, bu barədə Ukrayna müdafiə nazirinin müavini Anna Malyar teleqramda yazıb.

Onun sözlərinə görə, qarşı tərəf şərqdə bir neçə istiqamətdə irəliləməyə çalışır: “Biz isə təkcə müdafiə olunmuruq. Həm də əks-hücuma keçir və aktiv əməliyyatlar icra edirik”.

A.Malyar bildirib ki, Rusiya ordusunun güclü olmasına baxmayaraq, Ukrayna Silahlı Qüvvələri qarşı tərəfin irəliləməsinin qarşısını alır: “Bəzi yerlərdə onlar geri çəkilirlər”.

MİA.AZ


Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2025, MİA