Qubadlıda faciə: qaya fəhlənin üzərinə aşıb

img

08-05-2023 [13:01]


Qubadlıda fəhlənin üzərinə qaya parçaları aşıb.

Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Bərdə regional qrupundan Mia.az-a bildirilib ki, Qubadlı Rayon Polis Şöbəsinə bu gün səhər 10 radələrində təmir-tikinti şirkətlərindən birində çalışan Coşqun Hüseynovun işə gəlməməsi ilə bağlı məlumat daxil olub.

Məlumatla əlaqədar keçirilən tədbirlərlə Hacıqabul rayon sakini, 1978-ci il təvəllüdlü Coşqun Hüseynovun meyiti Həkəri çayının yatağından aşkar edilib.

İlkin ehtimala görə, onun üzərinə qaya parçalarının aşması nəticəsində ölüb.

Faktla bağlı araşdırmalar davam etdirilir.


Digər xəbərlər
SON XƏBƏRLƏR