Bu gün sizi nə gözləyir? - BÜRCLƏR
11-05-2023 [00:14]
Qoç - bu gün tənha qalmamağa çalışın. Addım və qərarlarınızın motivlərini aydınlaşdırın, ətrafınızdakı insanların davranışlarına fikir verin. Sağlam praqmatizm nümayiş etdirin. Mövqelərinizi möhkəmləndirmək üçün yaranan şansları əldən verməyin. Şərik və ya iş yoldaşlarınızdan dəstək almağa çalışın. Danışıqlar aparın. Şərtlər sərfəli olacaq. Asudə vaxtınızı ünsiyyət çevrəsini genişləndirməyin mümkün olduğu yerdə keçirin. Təcrübə mübadiləsi və maraqlı məlumatın alınması mümkündür.
Buğa - can atdığınız sakitlik və stabilliyin bərqərar olmasına çox var. Hisslərin təlatümü, emosiyaların tüğyanı üçün səbəblər az olmasa da, təmkinli davranın, tövrünüzü pozmamağa çalışın. Eksperimentlərə hazır olun. Hadisələrin inkişaf məcrası qəflətən dəyişə bilər. Şəxsi münasibətlər zəminində sürətlənmə və gərginlik mümkündür. Aktivləşməyə çalışın, süst və ətalətli davranmayın. Qətiyyətli addım atmaq və ya qərar qəbul etmək üçün labüd şərait formalaşır. Günün ikinci yarısındakı situasiya sizi təmin edirsə, münasibətlərin gərinləşməsinə imkan verməyin. Mübahisəli vəziyyətdən çıxış yolu arayın.
Əkizlər - hərəkətli, qarğaşalı və çətin gündür. Əhəmiyyətli dəyişikliklər olmayacaq. Şəxsən sizə heç bir xeyri, mənfəəti olmayan mübahisələrə qatılmayın, dedi-qoduların iştirakçısı olmayın. Sual və ya informasiya istəyi mühüm məsələ ilə bağlı mövqeyinizi dəyişə bilər. Bu gün baş verənlər perspektiv baxımından önəmlidir. Yaxın ətrafınızdakı insanlarla diqqətli olun, onlardan yardım və dəstəyinizi əsirgəməyin. Səhhətinizlə məşğul olmaq üçün əlverişli vaxtdır. Rasionu qaydaya salın.
Xərçəng - iş yoldaşlarınız, tərəfdaş və ya şərikiniz sizə yeni məlumat verəcək. Düşünmək, təhlil etmək üçün mövzu var. Hadisələrə süni təkan verməyə çalışmayın. Hansısa olaya aktiv müdaxilə əleyhinizə çevriləcək ünsürə dönə bilər. İlk baxışdan çətin görünən hadisənin detallarını və təfərrüatlarını bilməyə çalışın. Səfər və ya gəzinti üçün əlverişli gündür. Şəxsi münasibətlər müstəvisində son günlərdə baş verənləri nəzərə alan yeni davranış sxeminə ehtiyac var. İntuisiya və hisslərinizə güvənə bilərsiniz.
Şir - hər şey plana uyğundur və nizamı pozmamaq üçün yaşam axarına aktiv müdaxilə etməyin. Ünsiyyət, danışıqlar və yazışmalarda önəmli məqamlar yaranacaq. Kollektiv və ya sizinlə həmfikir olan insanlar yeni işə başlamaq üçün təkan verəcəklər. Tələsməyin, yeni plan hazırlayın. Yenilikləri yalnız təbii məcrada inkişaf edən hadisələrin təsiri altında reallaşdırın. Eyni vaxtda bir neçə işlə məşğul olmağınız gərəkdir.
Bəlli işi başa vuranda və ya məsələni çözəndə razılıq hissi yaranacaq. Axınla hərəkət edin, qəfil təşəbbüsə inanmayın. Axşam saatlarında imkanınız olarsa, alış-veriş edin. Təmkinli və soyuqqanlı olun.
Qız - yeni heç bir işə və ya layihəyə başlamayın. Gün ərzində yeni işlər özü yaranacaq və əlavə zəhmət tələb edən prosesə başlamaq məcburiyyəti yaradacaq. Planlar qurmaq, yeniliklər düşünmək, işinizdə gərəkli addımlar atmaq olar. Şərik və ya iş yoldaşları ilə münasibətləri rəvan edin. Evdə işləri ailə üzvlərinizlə birlikdə görün.
Səhhətinizin qeydinə qalın. Axşam saatlarında birgə gəzintidə fayda var.
Tərəzi - effektivlik səviyyəsi aşağı olan gündür. Sosial təmaslar və şəxsi münasibətlər bir müddət sonra uğurlu sonucla bitə bilər. Lakin işlərin sonluğu sizi təmin etməyəcək. Kölgədə qalaraq hansısa işi təkmilləşdirmək olar.
Yarımçıq qalmış işləri başa vurmağa başlamazdan əvvəl onları önəm baxımından sıralayın.
İşdə və evdə qayda yaradın. Qeyri-adi, faydalı tapıntılar ola bilər. Axşam saatlarında yaradıcılıqla məşğul olun.
Əqrəb - təlaşlı, nigaran, narahat gündür. Çox iş görmək və günün sonunadək bir neçə məqsədə çatmaq istəyirsinizsə, daxili ritmlərinizi nəzərə alın. Yaşam enerjiniz azala bilər. Əlaqələr və informasiyalardan yan qaçmaq istəyəcəksiniz. Tələsməyin, təlaşa düşməyin. İşlər çoxdur, onlardan qurtula bilməyəcəksiniz. Başladığınız işi mütləq başa vurun, yarımçıq heç nə qoymayın. Yazışın, gərəkli məlumatı arayın. Faylları qaydaya salın, poçt qutusunu təmizləyin. İş yerində nizam yaradın. Günün ikinci yarısında ev işləri ilə məşğul ola bilrsiniz. Şəxsi münasibətlər müstəvisində dəyişikliklər və yeniliklərin reallaşdırılmasına tələsməyin. Hisslərinizdə konkretliyə nail olmağa çalışın.
Oxatan - yerdəyişmələr, aktiv ünsiyyət günüdür. Dostlarla birgə iş, müzakirələr effektiv olacaq. Hər şeyi əlahiddə problemlərsiz təşkil etmək olar. Fikir və mövqe mübadiləsi, pozitiv və faydalı məlumatların alınması mümkündür.
Yaxın qohumlar və ya tanışlardan birinin həyatında yaşanan mühüm hadisə sizi həyəcanlandıra bilər. Yaxın ətrafınızdakı insanları ümumi işdə birləşdirin, ümumi planı müzakirə edin. Axşam saatlarındakı görüş yerini əvvəlcədən təyin edin, təmas proqramını müəyyənləşdirin.
Oğlaq - sosial aktiv fərd olun. Ehtiyac duyduğunuz məlumat və ya informasiyanın axtarışına daha çox vaxt ayırın. Ünsiyyət çərçivəsini məhdudlaşdırmayın, görüşə dəvətdən imtina etməyin, danışıqlar aparın. Bununla belə, işdə birbaşa səlahiyyətlərinizi yerinə yetirməyi və verilən vədləri gerçəkləşdirməyi də unutmayın. Günün kinci yarısındakı hadisələr sınaqdır. Bu olayların sayəsində hazırda diqqət mərkəzinizdə olan nəsnə və insanların real dəyərini öyrənəcəksiniz. Səhhətinizə daha çox fikir verin. Axşam saatlarında açıq havada gəzintiyə çıxın.
Dolça - yaxın günlərlə bağlı perspektivlər və planların formalaşdığı gündür. Yeni məqsədləri müəyyənləşdirin. Məhdudiyyət yoxdur, fəqət ciddi və perspektivli işlə məşğul olun. Orqanizmin energetik tonusunu unutmayın, özünüzü ifrat yorğunluğa düçar etməyin. Günün ikinci yarısında aktiv olun. Yeni təəssüratlar və yenilənmə hissinə ehtiyac var. Şəxsi münasibətlər müstəvisində təkmilləşməyə ehtiyac duyulur. Ümumi maraqlara əsaslanan tanışlıq romantik məcraya yönələ bilər.
Balıqlar - maraqların toqquşması yaşana bilər. Ən mühüm işdən diqqəti yayındırmayın. Mənasız xəyallar və əsassız ümidlərə qapılmayın. Onların heç bir əhəmiyyəti yoxdur. İntuisiyanıza güvənin. Gərəkli işi görün, bəzi məsələlərə görə təlaşa düşməyin. Konkret məqsədlə maraqlanın: belə olarsa, şərtlər sizin üçün əlverişli istiqamətdə formalaşacaq. İntellektual ünsiyyət üçün yaxşı gündür. Emosiyalarınıza hakim olun.
Milli.Az
"Real" Arda Gülərə 90 milyon avro qiymət qoydu - "Satılsa, "Fənərbağça" 18 milyon qazanacaq"
500 MİLYON DOLLAR SƏRVƏTƏ SAHİB OLAN İLHAM RƏHİMOVUN HEYKƏLİ: niyə qoyuldu? - Maraqlı iddialar + FOTO
Baş İdarə rəisi vəzifədən azad olunub
Kamran Əsədov məhkəmə zalında həbs edildi - Rektor isə qaynını işdən uzaqlaşdırdı (YENİLƏNİB)
DÜNYANIN 20 ƏN GÜCLÜ ORDUSU: Türkiyə 9-cı sıradadır - SİYAHI
Türkiyədə məşhur aktyor və aktrisalar narkoman çıxdı - Test cavabları açıqlandı + SİYAHI
Dollar neçəyə olacaq? - Mərkəzi Bank 3 günlük məzənnəni açıqladı
"İmişli" - "Araz-Naxçıvan" oyununda qapılara 4 qol vurulub
Bakıda yanan evdə 2 nəfərin meyiti aşkarlandı
İran XİN başçısında Zelenskiyə sərt cavab: "Dünya təlxək klounlardan bezdi, utanmadan..."
CHP-li keçmiş bələdyyə sədrinə hökm oxundu - 6 il 3 ay həbs
AFFA liqalarda yeniliklər etməyə hazırlaşır
GENERAL MƏDƏT QULİYEV BOŞANIB - Açıqlama (Yenilənib)
İsrail ordusu 4 gün əvvəl girdiyi rayondan geri çəkilib - "350 evdə axtarış aparılıb"
Röya Ayxanın bir qardaşı da müğənni imiş... - VİDEO
ABŞ Səfirliyi Tramp-Əliyev görüşü haqqında məlumat yaydı
Xalq artistinin qardaşı oğlu müşavir vəzifəsindən azad edildi - Nazir əmr imzaladı (FOTO)
Türkiyə millisinin üzvü: "Yuventus"da xoşbəxtəm"
"Aston Villa" "Beşiktaş"ın hücumçusunu istəyir - 21 milyon avro və futbolçu təklif edilib
Bakıda eksternat imtahanlar elektron qaydada keçiriləcək
Azercell Azərbaycanda ISO/IEC 27701:2019 beynəlxalq sertifikatını əldə edən ilk şirkət oldu
Maliyyə Nazirliyi süni intellektin tətbiqi ilə bağlı işə başlayıb
"Qalatasaray" daha bir oyunçu ilə yollarını ayırır
Qarabağda yaşayan 10 erməni Ermənistana təhvil verilib
9 ay əvvəl vəzifəyə təyin edilən xanım çıxarıldı - "Dəmir Yolları”ndan yeni kadrlar gətirilib (FOTO)
Niyaməddin Musayevin qızı haqda maraqlı məlumatlar yayıldı: polkovnik, şöbə rəisi...
Sabahın hava proqnozu açıqlandı
Zaur Əkbər Avropaya mühacirətə yollanıb
Komitə sədri özünə yeni köməkçi götürüb - FOTO
SAHİBKARLIQ SAHƏSİNDƏ YOXLAMA: daha bir il qadağan olunacaq
65 yaşlı fəhlə binadan başına yük düşməsi nəticəsində ölüb
Zahid Oruc: "Sərhəd kəndlərin inkişafı ilə bağlı ayrıca dövlət proqramına ehtiyac var"
İranda aksiyada ölənlərin sayı 5 mini ötüb - Son məlumat yayıldı
Agentlik büdcənin "ağzı"nı taybatay açıb - Türkiyədən jurnalist və blogerlərin ölkəmizə səfəri üçün 754 min manat xərclənəcək
Deputat: “Bunu hansı ağılla “Azəriqaz” adlandırmısınız?”
Axtarışda olan iki azərbaycanlı Gürcüstandan ekstradisiya olunub
Baş redaktordan Su idarəsinin rəisinə sərt mesajlar: "Bu “hüquqşünas” ayıbına kor olmaq əvəzinə hələ utanmadan deyir ki.." (VİDEO)
Tramp–Əliyev xətti və İranın gələcəyi: Cənubi Azərbaycan üçün geopolitik pəncərə - TƏHLİL
Milli Məclisdə daha br sahə üzrə dinləmə keçiriləcək
Yaponiya növbədənkənar seçkiyə gedir - Parlament buraxıldı
Bakıda dəm qazı daha bir can alıb