Ərdoğanın sədri olduğu partiya şəhər təşkilatının binasına hücum olub - FOTOLAR

img

05-05-2023 [23:28]


Bu gün axşamüstü Ankarada Ərdoğanın sədri olduğu AK Partiya şəhər təşkilatının binasına daşla hücum olub. 

Mia.az Türkiyə mətbuatına istinadla xəbər verir ki, Abdulkadir Y. adlı şəxsi binanın birinci mərtəbəsinin pəncərəsinə daş atıb, söyüşlər söyüb.

Məlumata görə. yaxınlıqda olan polislər hadisəyə dərhal müdaxilə edərək, şəxsi saxlayıblar.

AK Partiya Ankara  təşkilatının sədriİbrahim Güzelgöz bildirib ki, bu cür hadisələr demokratiyaya hücumdur: "Biz bu cür hadisələrin müxalifətlə bağlılığının araşdırılmasını istəyirik. Daşla hücum oldu və şübhəli şəxs partiyamızı təhqir etdi. Giriş pəncərəmiz çatladı. Hücumda heç bir əməkdaşımız xəsarət almayıb”.

Lamiyə

MİA.AZ

img img img

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2025, MİA