14 may seçkisi çevriliş olacaq? - Spiker nazir və AKP rəsmisinin sözlərinə şərh verdi

img

04-05-2023 [14:11]


Türkiyə Böyük Millət Məclisinin sədri Mustafa Şentop daxili işlər naziri Süleyman Soylu və prezidentin baş müşaviri Mehmet Uçumun 14 may seçkisini “çevriliş” kimi dəyərləndirməsinə münasibət bildirib.

Mia.az Türkiyə mətbuatına istinadla xəbər verir ki, parlamentin spikerinin sözlərinə görə, hər iki şəxs təcrübəli siyasətçi və dostlarıdır:

"Onların sözlərinə şərh vermək istəmirəm. Ancaq seçki seçkidir, çevrililş çevrilişdir, seçkiyə müdaxilə isə müdaxilədir".

Spiker deyib ki, bu və ya digər ifadələr seçki kampaniyası kontekstində dəyərləndirilməlidir: "Seçki təbliğatı kampaniyalarında belə ifadələr olur, bunalara bu gözlə baxmaaq gərəkdir".

Lamiyə

MİA.AZ


Digər xəbərlər
SON XƏBƏRLƏR
18:50 26.11.2024

Qar yağacaq