Elnur Aslanov yeni sayt açdı - FOTO

img

14-05-2014 [15:45]


Adı nurçuluqda hallanan Prezident Administrasiyasının Siyasi təhlil və informasiya təminatı şöbəsinin keçmiş müdiri Elnur Aslanov yeni sayt açıb.

AzNews.az-a daxil olan məlumata görə, "Sportbox.az” adlı yeni sayt hələlik rusdilli oxucular üçün nəzərdə tutulub. Aslanovun "media imperiyasının” dağıdıldığı bir vaxtda onun yeni sayt yaratması olduqca maraqlı görünür. Onun bir neçə gündür fəaliyyətə başlayan yeni saytına gun.az saytının baş redaktorluğundan uzaqlaşdırılan Rəhman Hacıyev rəhbərlik edir. Məlumata görə "Sportbox.az” domeni R.Hacıyevin həyat yoldaşının adına qeydiyyatdan keçib.

Qeyd edək ki, Rəhman Hacıyev mətbuatda Elnur Aslanova ən yaxın şəxslərdən hesab edilir.

Digər xəbərlər
SON XƏBƏRLƏR