Rəsmi Vaşinqton: "Rusiyanı qarşıda daha çətin günlər gözləyir"

img

02-05-2023 [15:06]


"Rusiya son 4 ayda 20 miin hərbçisini döyüşlərdə itirib".

Mia.az xarici mətbuata istinadla xəbər verir ki, bu sözləri Ağ Evin Milli Təhlükəsizlik Şurasının strateji kommunikasiyalar üzrə koordinatoru Con Kirbi deyib.

O, ABŞ kəşfiyyatıın məlumatlaırna əsaslanaraq deyib ki, bu, dəqiq məlumatdır: “Əldə etdiyimiz kəşfiyyat məlumatlarına əsasən, rusların dekabr ayından bəri 100 mindən çox hərbçisi sradan çıxarılıb. Bunun təxminən 80 mini yaralıdır, 20 mini isə həlak olub".

Kirbi bildirib ki, həlak olan 20 min əsgərin yarıdan çoxu Rusiya həbsxanalarından "Vaqner"in sıralaırna qatılan məhkumlar olub: "Bununla yanaşı,  Rusiyanın Donbas bölgəsinə son bir aydakı hücum cəhdləri böyük ölçüdə uğursuzluqla nəticələnib. Rusiya itkilərini gizləyir, müharibə Rusiyanın xərclərini də artırıb. Ukraynanın müdafiəsi hələ də effektivdir və Rusiyanı qarşıda daha çətin günlərin gözlədiyini deyə bilərik".

Samir

Mia.az


Digər xəbərlər
SON XƏBƏRLƏR
18:50 26.11.2024

Qar yağacaq