İcra başçısının müaviniylə qardaşı veteran futbolçuya hücum etdilər

img

14-05-2014 [10:02]


Mayın 10-da Masallıda keçirilən Həvəskar Futbol Liqasının yarımfinal matçında insident yaşanıb.
Mia.az Xalq.az-a istinadən xəbər verir ki, yerli «Viləş» klubu ilə Salyanın «Qaraçala» komandasının oyunu zamanı Masallı rayon İcra Hakimiyyəti başçısının müavini, aqrar məsələlər şöbənin müdiri Nəsir Muxtarlı və rayon Sosial Müdafiə Mərkəzinin işçisi olan qardaşı Şaiq Muxtarlı ilə veteran futbolçu Çingiz Həşimov arasında qalmaqal baş verib.

Məlumata görə, matça tamaşa edərkən sonradan stadiona gələn Nəsir və Şaiq Muxtarlı qardaşları Çingiz Haşımovun qarşısını kəsiblər. Meydançanı izləyə bilməyən veteran futbolçu bir neçə dəfə onlara xəbərdarlıq etsə də, qardaşlar etinasızlıq və saymamazlıq ediblər. Bu xahiş bir neçə dəfə təkrarlanıb, lakin Muxtarlı qardaşları Həşimovun dediklərinə əhəmiyyət verməyiblər. Sonda hirslə onlara «qarşımdan çəkilin, stadionu görüm» deyən veteran futbolçu gözlənilmədən hücuma məruz qalıb.

Məlumatda o da bildirilir ki, Nəsir və Şaiq Muxtarlı qardaşları əllərindəki su şüşəsini Çingiz Həşimova tərəf atıblar. Xoşbəxtlikdən atılan su şüşələri veteran futboçuya xəsarət yetirməyib. Hadisənin şahidi olan digər tamaşaçılar qəzəblənərək vəzifə sahibi olan qardaşlara hücum çəkiblər. Əvvəlcə onlarla mübahisə edən Nəsir Muxtarlı kim olduğunu deyib, sonra da üzərinə gələnləri təhdid edərək, «Mən icra başçısının müaviniyəm, başınıza oyun açaram» söyləyib. Lakin aranın sakitləşmədiyini görərək, qardaşı ilə birlikdə aradan çıxıb.

Digər xəbərlər
SON XƏBƏRLƏR
12:23 08.03.2026

Sabah yağış yağacaq

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA