"Fənərbağça"nın keçmiş baş məşqçisi "Sivasspor"un sükanı arxasına gətirilir

img

26-04-2023 [20:04]


Bir vaxtlar "Fənərbağça"nı çalışdıran İsmayıl Kartal "Sivasspor"un sükanı arxasına keçəcək.

Mia.az xəbər verir ki, bu barədə Türkiyənin "Akşam" qəzeti məlumat yayıb.

Bildirilib ki, mövsümün sonunda Rza Çalımbayın komandadan ayrılmasından sonra klub rəhbərliyi İsmayıl Kartalla müqavilə bağlayacaq.

Qəzetin iddiasına görə, tərəflər prinsip olaraq razılaşıblar: "Sadəcə, mövsümün sonunda bunu rəsmiləşdirəcəklər". 

Xatırladaq ki,  daha əvvəl “Sivasspor”u çalışdıran İsmayıl Kartal komandanı 1-ci Liqada çempion edib.

Fərid

Mia.az


Digər xəbərlər
SON XƏBƏRLƏR