Superliqada oynayan gənc futbolçu bıçaqlandı

img

26-04-2023 [19:08]


Superliqa komandalarından olan "Antalyaspor"da çıxış edən Mustafa Erdilman Ramazan bayramı öncəsi mübahisə etdiyi şəxs tərəfindən bıçaqlanıb. 

Mia.az Türkiyə mətbuatına istinadla xəbər verir ki, adı açıqlanmayan şəxs tərəfindən yaralanan 19 yaşlı gənc futbolçu şikayətçi olmayıb.

"Radyospor"un xəbərinə görə, aprelin 21-də Antalyanın Konyaaltı bölgəsində baş verən hadisədən sonra müalicə alan Mustafa Erdilmanın təcili xəstəxanaya apaırlıb: "Xəstəxanadan verilən məlumata görə, onun vəziyyəti yaxşıdır".

 Klubdan verilən məlumata görə, futbolçu cümə günü məşqlərə çıxacaq.

Onu da qeyd edək ki, cari mövsümdə "Antalyaspor"un forması ilə 4 matçda oynayan cəmi 27 dəqiqə oynayan gənc oyunçuya komandanın baş məşqçisi Nuri Şahin böyük ümidlə yanaşır.

Fərid

Mia.az


Digər xəbərlər
SON XƏBƏRLƏR