Türkiyə millisinin futbolçusu "Atletiko Madrid"ə yollanır

img

25-04-2023 [09:55]


İngiltərənin "Lester Siti" komandasında çıxış edən Türkiyə millisinin müdafiəçisi Çağlar Söyüncü komandasından ayrılır.

Mia.az xarici mətbuata istinadla xəbər verir ki, o, "Atletiko Madrid"ə yollanır.

Məlumata görə, İspaniya komandası "Lester Siti" ilə müqaviləsi mövsümün sonunda başa çatacaq milli futbolçunu təmənnasız olaraq heyətinə qatacaq.

"The Atletic"in xəbərinə görə, Çağlar Söyüncü "Atletiko Madrid"lə ilkin razılığa gəlib: "mövsümün sonunda isə tərəflər anaşmanı rəsmiləşdirəcək".

Fərid

MİA.AZ


Digər xəbərlər
SON XƏBƏRLƏR