Türk futbolçu: ""Barselona" ilə gedir"

img

20-04-2023 [10:29]


"Mançester Siti" ilə müqaviləsi mövsümün sonunda başa çatacaq türk əsilli alman futbolçu İlkay Gündoğan "Barselona"ya gedir.

Mia.az xəbər verir ki, bu barədə yayılan xəbərlərə İlkay Gündoğan reaksiya verib.

O, İngilətərə mətbuatına açıqlamasında deyilənləri təsdiqləyib: ""Barselona" ilə danışıqlar doğrudur, bəli, bunun normal olduğunu düşünürəm. Çox təfərrüata varmaq istəmirəm, amma hələ heç bir qərar verilməyib. Ona görə də danışıqlar davam edir. Qərar qəbul olunarsa, əvvəlcə təbii ki, siz jurnalistlər eşidəcəksiniz”.

Xatırladaq ki, İlkay Gündoğan bu mövsüm "Mançester Siti"nin heyətində 40 oyuna çıxıb. 32 yaşlı yarımmüdafiəçi bu matçlarda 5 qol vurub, 5 məhsuldar ötürmə edib.

Fərid

Mia.az


Digər xəbərlər
SON XƏBƏRLƏR