“Fənərbaxça” son dəqiqə qolu ilə güclü rəqibinə qlaib gəldi

img

20-04-2023 [00:23]


“Fənərbaxça” geridə qaldığı matçda “Başakşəhər”i məğlub edib. 

Mia.az xəbər verir ki, “Fənərbaxça” “Başakşəhər”ə 2-1 hesabı ilə qalib gəlib.

"Başakşehir"in ilk yarını Aleksiçin qolu ilə 1-0 bitirdiyi matçda sonradan meydana daxil olan Joao Pedro 88 və 90+3-də vurduğu qollarla Jorge Yesusuun komandasına qələbə qazandırıb.

Onu da qeyd edək ki, "Başakşehir"li Ömər Ali Şahiner 70-ci dəqiqədə qırmızı kartla meydandan  qovulub.

Bu qələbə sayəsində "Fənərbaxça" Qalatasaray"la aradakı xal fərqini yenə 6-ya endirib.

Fərid

MİA.AZ


Digər xəbərlər
SON XƏBƏRLƏR