Təcrübəli məşqçi superliqaya geri dönür

img

19-04-2023 [12:01]


İllərdir Super Liqada çalışmayan təcrübəli məşqçi Ərtoğrul Sağlam geri dönməyə hazırlaşır. 

Mia.az Türkiyə mediasına istinadla xəbər verir ki, "Bursaspor"u çempionluğa gətirməklə tarixi uğura imza atan Sağlam Superliqadan təkliflər gözləyir.

Türkiyənn "Axşam" qəzeti yazır ki, Sağlam keçmişdə birgə işlədiyi məşqçiər korpusuna superliqadakı oyunları yaxından izləməyi və analizlər aparmağı tapşırıb: "Görünür, o, ya yeni təklif alıb, ya da belə təklif gözləyir".

Xatırladaq ki, "Beşiktaş”, “Bursaspor”, “Kayserispor” və “Samsunspor”u çalışdıran Ərtoğrul Sağlam ötən il də İranın “Traktor FK” komandasının məşqçisi olub. 

Fərid

MİA.AZ


Digər xəbərlər
SON XƏBƏRLƏR