"İnter" Lukaku ilə yollarını ayırdı - Məşhur qolçu hansı komandaya keçəcək? 

img

18-04-2023 [09:16]


“Çelsi”də istənməyən Romelu Lukaku icarəyə verildiyi “İnter”də də eyni aqibəti yaşayıb.

Mia.az xarici mətbuata  istinadla xəbər verir ki, "İnter" "Çelsi"dən icarəyə götürdüyü belçikalı ulduzla yollarını ayırmaq qərarına gəlib. 

"La Gazzetta dello Sport"da yer alan xəbərə görə, hazırda "Çelsi"  də vaxtı ilə 113 milyon avroya aldığı oyunçunu qarşıdakı mövsümdə də əsas heyətinə görmək istəmir.

İtaliya mətbuatında 30 yaşlı hücumçunun "Fənərbaxça", "Qalatasaray" və ya Səudiyyə Ərəbistanına gedə biləcəyi iddia edilib.

Xəbərdə mövsümün əvvəlində “Qalatasaray”ın icarəyə götürdüyü İkardi kimi Lukakunun da 1993-cü ildə anadan olması və oxşar karyera cızmalarına diqqət çəkilib: "PSJ-nin bəəynmədiyi İkardi “Qalatasaray”la küldən sanki yenidən doğuldu. Superliqa Lukaku üçün də yeni fürsət ola bilər".

İtaliya mətbuatı vaxtı ilə 113 milyon avroya "İnter"dən "Çelsi"yə transfer olunan futbolçunun hazırda transfer dəyərinin 40 milyon civarında olduğunu yazıb: "Təbii ki, türk  klublaır ina bu qədər pulu verməz, ancaq rəəblər sevə-sevə verə bilər".

Fərid

MİA.AZ


Digər xəbərlər
SON XƏBƏRLƏR