"Ayaks" Türkiyədən hansı futbolçuları almaq istəyir? - Huntelaar İstanbulda oyunları canlı izləyib

img

17-04-2023 [11:42]


"Ayaks"da klub prezidentinin məsləhətçisi olan əfsanəvi futbolçu Klaas-Jan Huntelaar ötən gün İstanbula gəlib.

Mia.az Türkiyə mediasına istinadla xəbər verir ki, o, "Qalatasaray"ın - "Kayserispor"u 6-0 mğlub etdiyi oyunu stadiondan canlı izləyib,.

Məlumata görə, Kerem Aktürkoğlunu yaxından izləmək üçün Hollandiyadan gələn Huntelaar onunla yanaşı, Viktor Nelsson və Saş Boeyi barədə də qeydlər götürüb.

Xəbərdə o da qeyd olunur ki, holland klubunun təmsilçisi dünən "Beşiktaş"la "Trabzonspor"un da oyununu meydandan izləyib. O, eyni zamanda "Beşiktaş" rəhbərliyi ilə də görüşərək, müzakirə aparıb.

Fərid

Mia.az 

img

Digər xəbərlər
SON XƏBƏRLƏR