PSJ-nin ulduzu aktrisa arvadına elə fırıldaq gəlib ki...

img

17-04-2023 [00:02]


Mart ayında cinsi təcavüz ittihamı ilə haqqında cinayət işi açılan PSJ-nin ulduzu Əşrəf Hakimiyə qarşı arvadı boşanma iddiası qaldırıb.

Mia.az xarici mətbuata istinadla xəbər verir ki, məhkəməyə müraciət edən futbolçunun xanımı, aktrisa Hiba Abouk bu zaman gözləmədiyi mənzərə ilə üzləşib.

Məlumata görə, məhkəmə iddiasında ərindən var-dövlətin yarısını tələb edən Hiba Abouka iclasda məlum olub ki, Əşrəf Hakiminin adına bir dənə daşınar və ya daşınmaz əmlak yoxdur: "O, indiyədək aldığı bütün daşınar və daşınmaz əmlakları anasının adına keçiribmiş...". 

Məlumat üçün qeyd edək ki, aktrisa Hiba Aboukun "İnstaqram"da 1,6 milyon izləyicisi var. Onu bu sosial şəbəkədə təqib edənlər arasında Ronaldo və Mbappe kimi dünya ulduzları da var.

Fərid

MİA.AZ

img img

Digər xəbərlər
SON XƏBƏRLƏR