Dünyanın nəhəng komandaları bu futbolçunu almaq istəyir 

img

14-04-2023 [08:58]


"Bavariya" "Napoli"də çıxış edən Viktor Osimheni heyətinə qatmaq üçün hərəkətə keçib.

Mia.az xəbər verir ki, "Sky Sports" məlumat yayıb.

Məlumatda deyilir ki, Almaniya nəhəngi 24 yaşlı ulduz futbolçunu komandaya gətirmək üçün 100 milyon avroluq transfer büdcəsi planlayıb.

"Sky Sports"un xəbərinə görə, yüksək performansı ilə dünya nəhənglərinin diqqətini çəkən nigeriyalı futbolçuya PSJ və “Mançester Yunayted” də "göz qoyub". Bu səbəbdən onun transfer haqqı daha da artıb.

Xatırladaq ki, bu mövsümdə 29 rəsmi matça çıxan 24 yaşlı futbolçu 25 qol vurub, 5 məhsuldar ötürmə edib.

Fərid

MİA.AZ


Digər xəbərlər
SON XƏBƏRLƏR