Çempionlar Liqasının oyunu üçün İstanbula gələn idmançı özünü oteldən yerə atdı - FOTOLAR

img

13-04-2023 [16:19]


Çempionlar Liqasının yarımfinalında "Eczacıbaşı" ilə oyun üçün İstanbula gələn İtaliyanı "Igor Gorgonzola" voleybol komandaısnın 19 yaşlı oyunçusu Julia Ituma özünü qaldıı oteldən yerə atıb.

Mia.az Türkyə mətbuatına istinadla xəbər verir ki, bu barədə İstanbul şəhər Polis İdarəsi məlumat yayıb.

Məlumatda faktla bağlı cinayət işi açıldığını bildirilməklə yanaşı, voleybolçunun qaldığı otelin dəhlizinə çıxaraq təxminən bir saata yaxın kədərli halı ilə telefonla kiməsə nəsə yazdığını təsdiqləyən fotolar paylaşılıb.

İlkin məlumata görə, bir saat dəhlizdə çömbələrək oturan idmançı otağına daxil olduqdan az sonra özünü pəncərədən atıb: "Onunla eyni otaqda qalan komanda yoldaşının ifadəsi alınıb, zəruri istintaq əməliyyatları davam edir. İctimaiyyətə ətraflı məlumat veriləcək".

Fərid

MİA.AZ

img img img img

Digər xəbərlər
SON XƏBƏRLƏR