Ronaldo baş məşqçinin "kitabını bağladı"

img

12-04-2023 [19:35]


Səudiyyə Ərəbistanı Liqasının bitməsinə 7 həftə qalmış lider "Əl-İttihad"dan 3 xal geri qalan "Əl-Nassr"da böhran yaşanır. 

Mia.az xəbər verir ki, İngiltərənin məşhur nəşri "Mirror"da yer alan məlumata görə, portuqaliyalı futbolçu Ronaldo ilə baş məşqçi Rudi Qarsiya arasında mübahisə yaranıb.

Məlumata görə, portuqaliyalı ulduz münasibət və davranışından razı qalmadığı fransalı çalışdırıcıdan rəhbərliyə şikayət edib.

“Əl-Nassr” rəhbərliyinin Ronaldonun şikayətindən sonra Rudi Qarsiya ilə yollarını ayırmağa qərar verdiyi iddia edilib.

Qeyd olunub ki, Səudiyyə Ərəbistanı komandasının qısa müddətdə ayrıldığını rəsmən elan edəcəyi deyilir.

Fərid

MİA.AZ

img

Digər xəbərlər
SON XƏBƏRLƏR