"Beşiktaş" Gedsonu istəyən italyan klubundan 13 milyon avro tələb edir

img

12-04-2023 [17:31]


"Beşiktaş"ın 24 yaşlı futbolçusu Gedson Fernandesə İtaliya Liqası komandalarından "Latsio" "elçi" düşüb. 

Mia.az Haberturk TV-yə istinadla xəbər verir ki, "Beşiktaş"ın onun transferinə "hə" deməsi üçün 13 milyon dollar qiymət kəsib: "Paralel olaraq, İstanbul klubu onun sonradan digər komandaya satılacağı təqdirdə, əlavə pay istəyir. Hələlik tərəflər razılaşmayıb. Danışıqlar gedir. Əgər razılıq olarsa, futbolçu mövsümün sonunda klubu tərk edəcək".

Xatırladaq ki, Gedson Fernandes "Beşiktaş"da bu mövsüm 29 oyun keçirib. O, qol atmasa da, 5 məhsuldar ötürmə verib.

Fərid Aslan

MİA.AZ


Digər xəbərlər
SON XƏBƏRLƏR