AFFA İntizam Komitəsi klub və oyunçuları cərimələyib
11-04-2023 [12:39]
AFFA İntizam Komitəsi klub və oyunçuları cərimələyib.
Mia.az bu barədə qərarları təqdim edir:
08.04.2023-cü il tarixində Misli Premyer Liqasının XXIX turunun “Səbail” – “Sabah” oyununda “Sabah” klubunun 4 futbolçusu sarı vərəqə ilə cəzalandığına görə klub 800 manat cərimə edilir (maddə 39);
08.04.2023-cü il tarixində Misli Premyer Liqasının XXIX turunun “Səbail” – “Sabah” oyununda “Sabah” klubunun futbolçusu Con İrasabal rəqibi aşkar qol imkanından məhrum etdiyinə görə birbaşa qırmızı vərəqə aldığına görə 1 oyun cəzalanır, klub 200 manat cərimə edilir (maddə 47.1);
08.04.2023-cü il tarixində Misli Premyer Liqasının XXIX turunun “Səbail” – “Sabah” oyunu başa çatdıqdan sonra “Sabah” klubunun baş məşqçisi Murad Musayev ikinci sarıdan qırmızı vərəqə aldığına görə 1 oyun cəzalanır, klub 800 manat cərimə edilir (maddə 47.3);
08.04.2023-cü il tarixində Misli Premyer Liqasının XXIX turunun “Səbail” – “Sabah” oyunu başa çatdıqdan sonra meydançaya kənar şəxslər daxil olduğuna görə “Səbail” klubu 1600 manat cərimə edilir (maddə 49.2);
09.04.2023-cü il tarixində Misli Premyer Liqasının XXIX turunun “Qarabağ” – “Kəpəz” oyunu başa çatdıqdan sonra meydançaya kənar şəxslər daxil olduğuna görə “Qarabağ” klubu 1600 manat cərimə edilir (maddə 49.2);
19 mart 2023-cü il tarixində AFFA Region Liqasında keçirilən “Şərur” – “Babək” oyununda “Babək” komandasının heyətində 10 nömrəli futbolçu Əsgər Əsgərov qarşılaşmanın 80-ci dəqiqəsində hakimi təhqir etdiyinə görə birbaşa qırmızı vərəqə ilə meydançadan kənarlaşdırıldığına görə 4 oyun cəzalandırılsın (maddə 41.3);
09 aprel 2023-cü il tarixində AFFA Region Liqasında keçirilən “Araz” (Saatlı) – “Qusar” FK oyununda “Qusar” komandasının heyətində 77 nömrəli futbolçu Vüsal Hüseynov qarşılaşmanın 71-ci dəqiqəsində qeyri-idman hərəkətinə görə ikinci sarı vərəqə ilə meydançadan kənarlaşdırıldığına görə 1 oyun cəzalandırılsın (maddə 47.1);
09 aprel 2023-cü il tarixində AFFA Region Liqasında keçirilən “Araz” (Saatlı) – “Qusar” FK oyununda “Araz” komandasının heyətində 3 nömrəli futbolçu Xəyal Məmmədov qarşılaşmanın 76-cı dəqiqəsində qeyri-idman hərəkətinə görə ikinci sarı vərəqə ilə meydançadan kənarlaşdırıldığına görə 1 oyun cəzalandırılsın (maddə 47.1);
06 aprel 2023-cü il tarixində AFFA Gənclər Liqasında keçirilən “Şamaxı” - İCBFA oyununda “Şamaxı” komandasının heyətində 10 nömrəli futbolçu Emin Hüseynzadə qarşılaşmanın 60-cı dəqiqəsində qeyri-idman hərəkətinə görə ikinci sarı vərəqə ilə meydançadan kənarlaşdırıldığına görə 1 oyun cəzalandırılsın (maddə 47.1);
09 aprel 2023-cü il tarixində AFFA U-17 Liqasında keçirilən “Qarabağ” - İCBFA oyununda İCBFA komandasının heyətində 99 nömrəli futbolçu Ziya Qurbanov qarşılaşmanın 62-ci dəqiqəsində qeyri-idman hərəkətinə görə ikinci sarı vərəqə ilə meydançadan kənarlaşdırıldığına görə 1 oyun cəzalandırılsın (maddə 47.1);
07 aprel 2023-cü il tarixində AFFA U-16 Liqasında keçirilən “Şamaxı” – “Zirə” oyununda “Zirə” komandasının heyətində 23 nömrəli futbolçu Akşin Cəlilli qarşılaşmanın 36-cı dəqiqəsində qeyri-idman hərəkətinə görə ikinci sarı vərəqə ilə meydançadan kənarlaşdırıldığına görə 1 oyun cəzalandırılsın (maddə 47.1);
07 aprel 2023-cü il tarixində AFFA U-16 Liqasında keçirilən İFA – “Səbail” oyununda İFA komandasının heyətində 12 nömrəli futbolçu Cavidan Əzimli qarşılaşmanın 90+2-ci dəqiqəsində qeyri-idman hərəkətinə görə ikinci sarı vərəqə ilə meydançadan kənarlaşdırıldığına görə 1 oyun cəzalandırılsın (maddə 47.1);
05 aprel 2023-cü il tarixində AFFA U-14 Liqasında keçirilən “Arpaçay” – “Araz Naxçıvan” oyununda “Arpaçay” komandasının 7 nömrəli futbolçusu Nazim Səfərov oyununun 80-ci dəqiqəsində qeyri-idman hərəkətinə görə ikinci sarı vərəqə ilə meydançadan kənarlaşdırıldığına görə 1 oyun cəzalandırılsın (maddə 47.1);
05 aprel 2023-cü il tarixində AFFA U-14 Liqasında keçirilən “Arpaçay” – “Araz Naxçıvan” oyununda qarşılaşmaya aidiyyəti olmayan “Babək” komandasının baş məşqçisi Rauf Əliyev qarşılaşmanın 65-ci dəqiqəsində meydançaya daxil olaraq hakimi təhqir etməsi və köməkçi hakim Vüsal Xəlilzadəyə fiziki təzyiq göstərdiyinə görə 5 oyun cəzalandırılsın (maddə 37.10);
05 aprel 2023-cü il tarixində AFFA U-14 Liqasında keçirilən “Arpaçay” – “Araz Naxçıvan” oyununda “Arpaçay” komandasının baş məşqçisi Bilal Nağıyev oyunun 74-cü dəqiqəsində ikinci sarı vərəqə ilə meydançadan kənarlaşdırıldığına görə 1 oyun cəzalandırılsın (maddə 47.3);
05 aprel 2023-cü il tarixində AFFA U-14 Liqasında keçirilən “Arpaçay” – “Araz Naxçıvan” oyununda “Arpaçay” komandasının köməkçi məşqçisi Bəhruz İsazadə qarşılaşmanın 79-cu dəqiqəsində hakimə etiraza görə qırmızı vərəqə ilə meydançadan kənarlaşdırıldığına görə 1 oyun cəzalandırılsın (maddə 47.3);
09 aprel 2023-cü il tarixində AFFA U-13 Liqasında keçirilən “İsmayıllı” – “Mil Muğan” oyununda “Mil-Muğan” komandasının baş məşqçisi Laçın Mustafayev oyununun 43-cü dəqiqəsində qarşılaşmanın hakimini təhqir etdiyinə görə birbaşa qırmızı vərəqə ilə meydançadan kənarlaşdırıldığı üçün 3 oyun cəzalandırılsın (maddə 41.4);
09 aprel 2023-cü il tarixində AFFA U-13 Liqasında keçirilən “Ümid” – “Masallı” oyunu bitdikdən sonra “Masallı” komandasının yaş limiti pozduğunun AFFA nümayəndəsi və hakim tərəfindən müəyyən edilməsinə görə “Masallı” komandasına 0:3 hesablı texniki məğlubiyyət verilsin (maddə 50.5);
10 aprel 2023-cü il tarixində AFFA U-10 Liqasında keçirilən “Səbail” – “Sumqayıt” oyununun 40-cı dəqiqəsində “Sumqayıt” komandasının baş məşqçisi Vüsal Əsədov hakimi təhqir etdiyinə görə birbaşa qırmızı vərəqə ilə meydançadan kənarlaşdırıldığı üçün 3 oyun cəzalandırılsın (maddə 41.4).
06.04.2023-cü il tarixində keçirilən Futzal üzrə Yüksək Liqanın U-19 – “Record Club” oyununda “Record Club” komandasının oyunçusu Emil Valehov oyunun 29-cu dəqiqəsində qeyri-idman hərəkətinə görə bir oyunda ikinci sarı vərəqə almaqla qırmızı vərəqə ilə meydançadan kənarlaşdırıldığına görə 1 oyun cəzalandırılsın (maddə 47.1).
07.04.2023-ci il tarixində keçiriləcək “Dəstə Ordubad” – “Alyans Qrup” oyununda, “Alyans Qrup” komandası təyin olunan vaxtda oyuna gəlmədiyi üçün oyunun baş tutmamasına görə “Alyans Qrup” klubuna 0:5 hesablı texniki məğlubiyyət verilsin.
Bu hal üçüncü dəfə təkrarlanıldığına görə komanda yarışlardan kənarlaşdırılsın (maddə 55.1);
08.04.2023-cü il tarixində AFFA U-12 Qızlar Liqasında keçirilən “Xırdalan City” – UGİM İsmayıllı oyununun 58-ci dəqiqəsində UGİM İsmayıllı komandasının 20 nömrəli oyunçu Zəhra Rzayevanın rəqibə qarşı aqressiv davranışına görə (rəqibi vurduğuna görə) qırmızı vərəqə ilə meydançadan kənarlaşdırıldığı üçün 2 oyun cəzalandırılsın (maddə 37.3);
08.04.2023-cü il tarixində AFFA U-12 Qızlar Liqasında keçirilən “Xırdalan City” – UGİM İsmayıllı oyununun 58-ci dəqiqəsində UGİM İsmayıllı komandasının baş məşqçisi Tərlan Vahidov oyunun rəsmi şəxslərini təhqir etdiyinə görə 3 oyun cəzalandırılsın (maddə 41.4).
Bəstəkarlar İttifaqının sədri: “3600 manat təqaüd alır, 5 manatı gətirib vaxtında vermir” - VDEO
Azərbaycan nefti 1.4 dollar ucuzlaşdı
Tahir Budaqov rektorlarla görüşdü - FOTO
Agentliyin əməkdaşı minaya düşdü - Xocalıda
İlham Əliyev Qambiya prezidentinə məktub göndərdi - MƏTN
ZAUR ƏLİYEV GEDİR, NAZİR MÜAVİNİ YERİNƏ GƏLİR: bir müddət sonra isə... - Səhiyyədə böyük dəyişiklik planı
Sabahdan Ramazan ayı başlayır
Daha 17 itkin-şəhidi dəfn olunacaq - FOTOLAR
DYP sürücülərə texniki baxışla bağlı - XƏBƏRDARLIQ
Plastik cərrahların sayı artırıldı - SİYAHI
ABŞ blokadaya aldı, Kubada həyat iflic oldu: yanacaq, qida və turizm böhranı dərinləşir
Rusiyada nazir və köməkçisi həbs olunub - Korrupsiya ittihamı ilə
WUF13: vahid əməliyyat koordinasiya mexanizmi işə salınacaq
"Yuventus"un baş məşqçisi: "Bu qolların qisasını almaq istəyirik"
Türkiyədə kriminal dəstələrə qarşı əməliyyat: 37 nəfər saxlanılıb
TƏBİB-də yoxlama başlayır? - Vüqar Qurbanovun həbs təhlükəsi yaranıb, xeyli kadr isə yol üstədir
TƏBİB "silkələnir" - Təcili və Təxirəsalınmaz Tibbi Yardım Mərkəzinin direktoru da gedir?
Qəbul imtahanları: qeydiyyat prosesi başlayıb
Osimhen: "Mənə it kimi davrandılar"
Levent Şahin yeni vəzifəsinin icrasına başlayıb
"Azəriqaz" məzuniyyət ödənişini niyə ləngidir? - Şikayət
Bu gün sizi nə gözləyir? - BÜRCLƏR
Ərdoğan Baş nazirə "Togg" hədiyyə etdi
İran Prezidenti: "Ümid edirik ki, danışıqlar prosesi konkret nəticələrə gətirib çıxaracaq"
GENERAL ƏMR VERDİ, ABŞ ORDUSU ÜÇ QAYIĞI VURDU - 11 nəfər öldü
Bloger bu sevgilisindən də ayrıldı - FOTO
Leyla Əliyeva Albaniyada - Baş nazirlə görüş + FOTOLAR
"Azərişıq" ASC-nin vəzifəli şəxsinin restoran tikintisi... - Qanunsuzluq, yoxsa... + VİDEO
Hillari Klinton Tramp administrasiyasını ittiham edir: "Epşteyn sənədlərini ört-basdır etməyə çalışırlar"
"Renka" həbs edildi
İRANLA ABŞ ANLAŞDI - Xarici işlər naziri ilk açıqlama yaydı
Mətbuat katibi yeni vəzifəyə gedir
Sabah bu ərazilərdə qaz olmayacq
Ruben Vardanyana Bakıda hökm oxundu - 20 il həbs (YENİLƏNİB)
İran Hörmüz boğazının bir hissəsini bağlayır
MARTDA 11 GÜN ARDICIL İŞ GÜNÜ OLMAYACAQ
Dollar neçəyə olacaq? - Mərkəzi Bank yeni məzənnəni açıqladı
"Azərsilah"da maraqlı təyinat: bank işçisi strateji qurumda yüksək vəzifəyə gətirildi
Keçmiş şirkət rəhbəri İcra başçısının sürücüsü işləyir
Sabiq Baş nazir: "Maddi sıxıntılarım var"