"Qalatasaray" Kerem Aktürkoğlunun maaşını 2.5 dəfə artırır

img

10-04-2023 [11:52]


"Qalatasaray" Avropanın bəzi klublarının heyətinə qatmaq üçün fürsət gözləyən Kerem Aktürkoğlunun maaşını 2.5 dəfə artırır.

Mia.az xəbər verir ki, bu barədə Türkiyənin "Axşam" qəzeti məlumat verib.

Qəzetin iddiasına görə, "Qalatasaray" klubu hazırda 8 milyon lirə sabit maaş alan Kerem Aktürkoğlunun maaşını 20 milyona qaldırmağa hazırlaşır.: "Çox yaxın vaxtlarda tərəflər 2021-ci ildə imzalanan müqaviləyə yeni əlavəni edəcəklər".

Xatırladaq ki, Kerem Aktürkoğlu bu mövsüm "Qalatasaray"ın heyətində 29 rəsmi matçda forma geyinib. 

24 yaşlı futbolçu bu matçlarda 8 qol vurub, 4 məhsuldar ötürmə edib.

Fərid

MİA.AZ


Digər xəbərlər
SON XƏBƏRLƏR